Bazar ertəsi , 6 Aprel 2026

autor

İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər həbs olunub

İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər ifşa edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Qeyd olunub ki, istintaqla Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan …

Read More »

Azərbaycan Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına üzv olub

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə bazarlarında istehlakçıların müdafiəsi üzrə qabaqcıl təcrübələrin tətbiqi çərçivəsində Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına (“FinCoNet”) tamhüquqlu üzv olub. Boyukmillet.com bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, üzvlük çərçivəsində qurum təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb. Bundan …

Read More »

UEFA reytinqi: “Qarabağ” Azərbaycanın əmsalını daha da artırıb

“Qarabağ” komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb. Boyukmillet.com-un məlumatına görə, bu, “köhlən atlar”ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın “Kopenhagen” klubunu məğlub etməsi (2:0) ilə mümkün olub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375). Qeyd edək …

Read More »

KİV: ABŞ Rusiyaya zərbə endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək

ABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirmək üçün kəşfiyyat məlumatları təqdim edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ rəsmiləri NATO müttəfiqlərinə müraciət edərək Kiyevə bu dəstəyi göstərməyi xahiş ediblər. Nəşr bildirib ki, ABŞ Ukraynaya “Tomahawk” qanadlı raketləri və “Barracuda” döyüş sursatları göndərmək imkanını da nəzərdən keçirir. …

Read More »

Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən ölkənin ümumi daxili məhsulu (ÜDM) potensial olaraq hər həftə təxminən 15 milyard dollar azala bilər. Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, bu qiymətləndirmə Ağ Evin respublikaçı qanunvericilərə təqdim etməyi planlaşdırdığı sənədlərdə yer alıb. Qeyd olunub ki, prezident Donald Trampın iqtisadi məsələlər üzrə müşavirləri uzunmüddətli şatdaunun ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq …

Read More »

Yaponiya Çinə etiraz notası verib

Yaponiya hökuməti Çinə etiraz notası göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi keçirdiyi mətbuat konfransında məlumat verib. Buna səbəb rəsmi Tokionun Çini Amami adaları yaxınlığındakı müstəsna iqtisadi zonada qanunsuz tədqiqat fəaliyyəti aparmaqda ittiham etməsidir. “Diplomatik kanallar vasitəsilə Çin hökumətinə qanunsuz tədqiqat fəaliyyətinin dərhal dayandırılması tələbi ilə qəti etiraz bildirilib”, – deyə o qeyd …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.10.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2 % azalaraq 1,9952 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,2% artaraq 2,0763 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro1,9952100 Rusiya rublu2,07631 Avstraliya dolları1,12531 Belarus rublu0,55921 Bolqarıstan levi1,02001 BƏƏ dirhəmi0,4628100 Cənubi Korea vonu0,12141 Çexiya kronu0,08221 Çin yuanı0,23871 …

Read More »

Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı –Cinayət işi başlanıldı /VİDEO

Saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və …

Read More »

HƏMAS Trampın sülh planının bir sıra maddələrində dəyişiklik tələb edir

HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzə sektoru üçün təklif etdiyi, silahsızlaşdırma maddələrinə aid olan sülh planına düzəlişlər etmək niyyətində olduğunu bəyan edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə AFP mənbələrə istinadən xəbər verir. Məlumata görə, təşkilat məcburi silahsızlaşdırmadan, hərəkat və onun fraksiyalarının üzvlərinin sürgün edilməsindən imtina edilməsini, İsrail qoşunlarının tam çıxarılması üçün beynəlxalq zəmanətlərin verilməsini, həmçinin Qəzzə daxilində, xaricində fələstinlilərin təhlükəsizliyinə …

Read More »

Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib. Boyukmillet.com AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar – Yüksək saflıqlı gümüşün təyini – ICP-OES üsulundan istifadə olunmaqla …

Read More »