20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Türkiyənin İstanbul şəhərindəki Nişantaşı Universitetində tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Qeyd olunub ki, universitet müəllimlərinin iştirak etdiyi tədbirdə sovet ordusunun 1990-cı ildə Azərbaycanda törətdiyi qətliamın qurbanları anılır.
Read More »BTMİF: “20 Yanvar faciəsi həm də qəhrəmanlıq səhifəsi kimi yadda qalıb”
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviterində yazılıb. “Azərbaycanın tarixində faciə ilə yanaşı, qəhrəmanlıq səhifəsi kimi də yadda qalan 20 Yanvar – Ümumxalq Hüzn Günündə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ölkənin azadlığı uğrunda mübarizədə həlak olanları böyük ehtiramla anır, Azərbaycan xalqına dərin hüznlə …
Read More »Azərbaycanın Baş prokuroru Niderlandda səfərdədir
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Niderlandda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı fövqəladə səfiri Rəhman Mustafayev öz rəsmi tiviter hesabında yazıb. Səfir bildirib ki, 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən vəhşiliyə ilk hüquqi və siyasi tələb irəli sürmüş ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib: “Daha sonra isə 20 Yanvar faciəsi barədə müzakirələr aparılıb”.
Read More »Mustafa Şəntop: “20 yanvar Can Azərbaycanla ortaq dərdimizdir”
“Can Azərbaycanla ortaq dərdimiz olan 20 Yanvar faciəsindən 33 il keçir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Parlamentinin spikeri Mustafa Şəntop tviterdə yazıb. “Qardaş Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, işğala məhkum edilməyə çalışılan 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm. Allah bizləri bir daha belə əzablara məruz qoymasın”, – o bildirib.
Read More »Soyuq səhərin isti abu-havasını zəhərləməyin! – CƏSARƏT HÜSEYNZADƏ YAZIR
Son dövrlər Vətəndaş Cəmiyyəti Təşkilatları tərəfindən keçirilən və ən mühüm aksiya kimi tarixə düşən Laçın – Xankəndi yolundakı etiraz aksiyasına kiminsə çamur atması yolverilməzdir.Aydın məsələdir ki, aksiyanın əsas təkanverici məqamı Azərbaycan sərvətlərinin talanması və qanunsuz istismar zamanı əraf mühitə dəyən zərərdir. Hadisə mahiyyət etibarı ilə lokal deyil, ekoloqların hadisə yerinə yaxınlaşması mümkün deyil. Həmin ərazilərə ən yaxşı halda Rusiya sülhməramlıları …
Read More »ABŞ İnstitutu: “Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”
“Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, bu, yaxın həftələrdə reallaşmasa belə, ehtimal var: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün – yanvarın 19-da belaruslu həmkarı Viktor Xreninlə telefon danışığında ikitərəfli hərbi əməkdaşlıq barədə danışıb. Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus Prezidenti Aleksandr …
Read More »Teymur Musayev: “Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil”
“Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi. “Əminliklə deyə bilərik ki, üç doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər”.
Read More »Nazir: “Ölkədə istənilən orqan köçürülməsi Səhiyyə Nazirliyinin koordinasiya mərkəzilə idarə olunur”
Səhiyyə Nazirliyinin nəzdində orqan köçürməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb. Artıq həmin mərkəz fəaliyyət göstərir. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ölkədə istənilən orqan köçürülməsi həmin mərkəz vasitəsilə idarə olunur.
Read More »Teymur Musayev: “Bu mövsüm üçün Azərbaycana qrip əleyhinə vaksinlər gətirilib”
“Bu mövsüm üçün Azərbaycana qrip əleyhinə vaksinlər gətirilib”. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub, nəticədə mövsümü qriplər yayılıb. “Buna hazırlıq olaraq ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəssisələrinə paylanıb”, – nazir vurğulayıb.
Read More »Səhiyyə naziri: “Hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığı yoxdur”
“Hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığı yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, dünyada baş verən son hadisələr səbəbindən dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb: “Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur. Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar