Bazar ertəsi , 6 Aprel 2026

autor

Müalicə müəssisəsində olan məhkumun yanına gələn arvadından narkotik aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş …

Read More »

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları – 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taimani …

Read More »

Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dolları, yaxud 4,22 % azalaraq 70,65 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 68,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,13 ABŞ dolları və ya 4,33 % azalaraq 69,11 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …

Read More »

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bu gün açıqlanacaq

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bu gün açıqlanacaq. “Report”un əldə etdiyi məlumata görə, yığma Ayxan Abbasova tapşırılacaq. Qeyd edək ki, Ayxan Abbasov daha əvvəl Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matçda komandaya rəhbərlik edib. O, “Şamaxı” komandasının və U-21 yığmasının da baş məşqçisidir.

Read More »

FHN əhaliyə gözlənilən hava şəraiti ilə əlaqədar müraciət edib

Milli Hidrometeorologiya Xidmətindən bildirildiyi kimi, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Boyukmillet.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Qeyd edilir ki, güclü külək …

Read More »

İctimai nəqliyyatda tariflər artırılıb

Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tarifləri artırılıraq 60 qəpiyə çatdırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib. Yeni tariflər haqda qərarı Nazirliyin Kollegiyası müəyyən edib. Yeni tariflər oktyabrın 1-dən qüvvəyə minəcək. Nazirliyin təsdiq etdiyi qərarda deyilir ki, metro nəqliyyatında və şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən …

Read More »

Jurnalistlərə və QHT fəallarına leqallaşdırma ittihamı nə dərəcədə qanunidir?

“Tribunat” son dövrlər Azərbaycanda jurnalistlərə və QHT fəallarına qarşı irəli sürülən Cinayət Məcəlləsinin 193-1-ci maddəsinin tətbiqini təhlil edib. Son dövrlər Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı Cinayət Məcəlləsinin (bundan sonra CM) 193-1-ci maddəsinin tətbiqi diqqət çəkməkdədir. Xüsusilə, müstəqil media qurumları və qeyri-hökumət təşkilatlarına qarşı aparılan cinayət təqiblərində bu maddənin geniş istifadə olunması məsələnin hüquqi baxımdan aktuallığını daha da …

Read More »

Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Boyukmillet.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, …

Read More »

Ermənistan ordusunun Aprel döyüşlərində mülki əhali və obyektlərə vurduğu zərərlə bağlı sənədlər məhkəmədə elan olunub

Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, elan edilən sənədlərdən biri 2016-cı ildə Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri, onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s. epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən birində qeyd olunub ki, 2016-cı …

Read More »