Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 150 min tələbə və doktorantların təqaüdləri artırılıb. Boyukmillet.com xəbər verir ki, bunu əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir. Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial …
Read More »Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib. Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb. O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.
Read More »Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərə verilən sosial müavinətin məbləğləri müəyyənləşib
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərə verilən sosial müavinətin məbləğləri müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb. Fərmanla orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 …
Read More »Gözdən əlillərə verilən təqaüd artırılıb
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »18 yaşınadək əlillərə qulluq edən şəxslərə verilən Prezident təqaüdü 100 manat müəyyən edilib
Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 (bir yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün aylıq məbləği artırılıb
1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki,bununla bağlı Prezident İlham Əliyev …
Read More »Müharibə və ya 20 Yanvarla bağlı əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılıb
“Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …
Read More »20 Yanvar şəhidi ailələrinə verilən təqaüdün məbləği artırılıb
20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »Hacınöhür çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub
Hacınöhür çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. Xidmət rəisi bildirib ki, hazırda nazirlik daxilində sənədlər toplanılır və aidiyyəti orqanlara təqdim olunması planlaşdırılır.
Read More »Prezidentin fərdi təqaüdünün məbləği 1500 manata çatdırılıb
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 (min beş yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar