Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycanda gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.  Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib. Faktla …

Read More »

Politoloq: Ermənistanla diplomatik əlaqələrin qurulması Pakistanın regiona marağını vurğulayır

Azərbaycanla əməkdaşlıq Pakistanın xarici siyasətində xüsusi yer tutur, Ermənistanla diplomatik əlaqələrin qurulması haqqında qərar İslamabad tərəfindən Bakı ilə məsləhətləşmələrdən sonra və Cənubi Qafqazda vəziyyətin dəyişməsini nəzərə alaraq qəbul edilib. Bu barədə “Report”a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib. Politoloq vurğulayıb ki, Cənubi Qafqazdakı dəyişikliklərlə əlaqədar olaraq Pakistan xarici siyasətini tənzimləməyi qərara alıb: “Cənubi Qafqazda yeni bir səhifə açan Ermənistan və Azərbaycan …

Read More »

Kim Çen In: Şimali Koreya və Rusiya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir

2024-cü ilin iyun ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandıqdan sonra ikitərəfli münasibətlər bütün aspektlərdə inkişaf edir. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib. Kim Çen In əlavə edib ki, KXDR Rusiyaya kömək etmək üçün …

Read More »

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb

2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3.600 ABŞ dolları səviyyəsinə yüksələrək tarixi maksimuma çatıb. Boyukmillet.com xəbər verir ki, bunu Nyu-York Əmtəə Birjasının (COMEX) məlumatları sübut edir. Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata əsasən, qiymətli metalın dəyəri bir unsiya üçün 3 600,30 dollar təşkil edib ki, bu da gündəlik 0,99% artım deməkdir. Saat 23:27-yə olan …

Read More »

Tramp: ABŞ Hindistan üçün gömrük rüsumlarını azaltmağı planlaşdırmır

ABŞ Hindistana qarşı tətbiq olunan gömrük rüsumlarının azaldılmasını nəzərdən keçirmir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri Donald Tramp Oval Ofisdə jurnalistlərin sualını cavablandırarkən danışıb. “Biz Hindistanla yaxşı münasibətlər qurmuşuq, amma uzun illər ərzində bu münasibətlər birtərəfli xarakter daşıyıb”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, bəzi sahələrdə Hindistanın ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumları 200%-ə qədər yüksəlib: “Misal …

Read More »

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib. Boyukmillet.com verir ki, bu barədə Bolu vilayət administrasiyası məlumat yayıb. Bildirilib ki, sentyabrın 2-si axşam saatlarında Bolu polis şöbəsinin narkotiklərlə mübarizə idarəsinin keçirdiyi reyd zamanı xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Qeyd olunub ki, avtomobildə aparılan yoxlama zamanı yanacaq çənində şübhəli maddə aşkarlanıb. Həmin maddənin araşdırılması zamanı 9 təhlükəsizlik əməkdaşı onun yaydığı …

Read More »

Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.  Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu …

Read More »

Ərdoğan ABŞ-nin qərarını tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib. “Bu qərar təcili olaraq yenidən nəzərdən keçirilməlidir. BMT Baş Assambleyası dünya problemlərini müzakirə etmək və həll yolları tapmaq …

Read More »

Xankəndidə inşa ediləcək Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin binası ilə bağlı detallar açıqlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndidə tikiləcək yeni, 3 mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir …

Read More »

Ərdoğan: Rusiya və İran zaman keçdikcə narahatlıqlarının əsassız olduğunu anlayacaqlar

Rusiya və İran  zaman keçdikcə Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaqlar. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh təmin olunduqdan sonra bölgədə quru və dəmir yolları canlanacaq: “Sərhəd qapıları açılacaq, ticarət başda olmaqla bir çox sahələrə müsbət dinamika müşahidə ediləcək. Biz …

Read More »