Özünü prokuror kimi təqdim etməkdə təqsiləndirilən Süphan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil. Qeyd edək ki, əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı …
Read More »Prezidentin xüsusi nümayəndəsi: “Qarabağa böyük qayıdışın şahidi oluruq”
“Bu gün tarixi hadisənin – Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq”. Boyukmillet/com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. “Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, cənab Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, …
Read More »Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır
Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Boyukmillet.com xəbər verir ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq. Kənddə reallaşdırılan layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri …
Read More »Zelenski: “Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir”
Ukrayna Silahlı Qüvvələri hədəfli zərbələr endirdiyi üçün Rusiya qoşunlarının mövqelərini saxlamaq getdikcə çətinləşir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını xeyli maddi-texniki itkilərə məruz qoyub. “Rusiya ordusunun işğal olunmuş ərazilərdə mövqe tutması getdikcə çətinləşir. Biz addım-addım irəliləyirik, işğalçıların təchizatını kəsirik, əməkdaşlıq edənləri aşkarlayıb zərərsizləşdiririk. Perspektiv göz qabağındadır – …
Read More »Abşeronda 21 yaşlı gənc oğlanı avtomobil vurub
Abşeronda 21 yaşlı gənc oğlanı avtomobil vurub. Boyukmillet.com xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2001-ci il təvəllüdlü Sadıqov Müzəffər Rulid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Ukrayna MDB çərçivəsində gömrük sazişindən çıxmaq qərarına gəlib
Ukrayna Ali Radası MDB ölkələri arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişdən çıxmaq haqqında qanun qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat yayılıb. Müvafiq qanun layihəsi Ukrayna Nazirlər Kabinetinə təqdim edilib. Qeyd edilib ki, qanun layihəsi Ukraynanın beynəlxalq müqavilələrinin təhlilinin nəticələrinə əsasən hazırlanıb və bu ölkənin Prezidentinin fərmanına uyğun olaraq həyata keçirilir.
Read More »Fransada atışma olub, ölən və yaralananlar var
Fransanın paytaxtı Parisin mərkəzində atışma olub. Boyukmillet.com xəbər verir ki, bu barədə polisə istinadən BFM telekanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Qeyd edilir ki, insident barda baş verib. Hücum iki nəfər tərəfindən törədilib.
Read More »Borrel: “Sanksiyalar Ukraynadakı münaqişəni bir gecədə dayandırmayacaq”
“Əlbəttə, Avropa İttifaqının (Aİ) sanksiyaları Ukraynadakı münaqişəni bir gecədə dayandırmayacaq, lakin onlar Rusiya üçün çoxlu iqtisadi problemlər yaratmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa diplomatiyasının başçısı Jozep Borrel Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib. O, Rusiyaya qarşı sanksiyaların “işlədiyini” vurğulayıb və bunun əksini söyləyən xəbərləri dezinformasiya adlandırıb.
Read More »Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirib
Yaxın vaxtlarda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) daha 28 məmuru işdən çıxarılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müraciətində deyib. “Və Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı daha bir mühüm xəbər. Hazırda xidmətdə kadr auditi aparılır. İyirmi səkkiz məmurun işdən çıxarılması məsələsi həll edilir. Müxtəlif səviyyələr, müxtəlif istiqamətlər. Amma əsaslar oxşardır – qeyri-qənaətbəxş nəticəli işlər”, – o deyib. Xatırladaq …
Read More »Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub
Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Səbinə Əli qızı və oğlu, 2018-ci il təvəllüdlü H.Məmmədov yolu keçərkən avtomobil onları vurub. Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar