Bazar , 5 Aprel 2026

autor

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyində yaradılan mərkəzləşdirilmiş printer sistemi üçün 2026-cı il üzrə katriclərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi “Ultra Technologies” MMC (VÖEN –4600021491) olub.Nazirlik satın alacağı 282 ədəd katric üçün “Ultra Technologies” MMC-yə 123 min 784 manat 17 qəpik (bir ədədi 439 manat) …

Read More »

Yaxın Şərq OD içində: Azərbaycana TƏXLİYƏ olunanların sayı AÇIQLANDI

50-dən çox ölkə İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycana müraciət edib. Prosedura uyğun olaraq, təxliyə cəmi bir neçə saata həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu martın 6-da xarici işlər naziri Ceyhun Bayramov bildirib.  Nazir deyib ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreyndən təxminən 1000 müraciət daxil olub: “Səudiyyə Ərəbistanı və Ciddədən martın 4-də xüsusi reyslə 209 nəfər təxliyə …

Read More »

SON DƏQİQƏ: İrandakı səfirliyimiz təxliyə olunur

Naxçıvana hücumla bağlı dövlət başçısı müvafiq tapşırıqlar verib, diplomatik addımlar da atılıb. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir təhlükəsizlik tədbirləri barədə danışarkən qeyd edib ki, hərbi hazırlıq yüksək səviyyəyə gətirilib: “Əlavə təhlükəsizlik tədbirləri ilə bağlı deyə bilərəm ki, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tapşırıqlar …

Read More »

İrandan Azərbaycana gələn məhsullar 20 faiz bahalaşa bilər – AQC sədri – Özəl xəbər

Şərq və İran ətrafında baş verən proseslər bu ölkədən Azərbaycana gələn məhsulların qiymətinin artımına səbəb olacaq. Bunu ABC.AZ-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. İqtisadçı bunu İran bazarına olan təzyiqlə əlaqələndirib. Müharibə şəraiti qiymətlərin artımına səbəb olur deyən V.Oruc hesab edir ki, bu Azərbaycan bazarında ciddi təsir etməyəcək: “İran məhsullarının Azərbaycandakı payı 5 faizi keçmir. Əvvəllər, Qarabağ işğaldan …

Read More »

ABŞ Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib

ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb. Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib. Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir. ABŞ vətəndaşlarına isə vəziyyətlə bağlı yerli məlumatları izləmək, izdihamlı yerlərdən və nümayişlərdən …

Read More »

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Livanın informasiya naziri Pol Morkos bildirib. “Nazirlər Kabinetinin qərarına əsasən, iranlılar bundan sonra Livana daxil olarkən yenidən viza almalıdırlar”, – o deyib. P.Morkos qeyd edib ki, ölkənin Baş naziri Nəvaf Salam İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livanda hər hansı hərbi fəaliyyətinin …

Read More »

Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkəti tam dayandırılıb – RƏSMİ

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. NK-dan daxil olan məlumatda deyilir: “Məlumat verildiyi kimi, martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində …

Read More »

İranın Naxçıvanda mülki infrastruktura dronla hücumu ilə bağlı cinayət işi başlanıb

İranın Naxçıvanda mülki infrastruktura dronla hücumu ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz …

Read More »

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com xəbər verir ki, səfirlik Azərbaycanla həmrəy olduğunu bildirib və İranın pilotsuz uçuş aparatlarının artıq qlobal səviyyədə bir terror alətinə çevrildiyini vurğulayıb. Ukrayna diplomatik nümayəndəliyi beynəlxalq birliyi qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırıb. Bəyanatda xüsusi olaraq qeyd edilib ki, hal-hazırda Naxçıvanın mülki …

Read More »

Sabir Rüstəmxanlı: Azərbaycana qarşı bu qədər qeyri-səmimilik İranın əslində mahiyyətini göstərir

Naxçıvana – mülki əhalinin yaşadığı yerlərə, məktəbə və təyyarə meydançasına zərbələrin endirilməsi İran hakimiyyətinin riayakarlığını bir daha göstərir. Bunu “Report”a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlılar Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlı deyib. “Azərbaycan dəfərlərlə elan edib ki, bizim ərazimizdən İrana heç bir təhülkə yoxdur. Azərbaycan ərazisində digər ölkələrin hərbi bazaları yoxdur, biz öz ərazimizdən İrana hərbi əməliyyatlara imkan vermərik. …

Read More »