Cümə , 10 Aprel 2026

autor

Anar Kərimov: “Kino Agentliyinin nizamnaməsi və strukturu hazırlanır”

“Bizə tapşırıq verilib ki, Azərbaycan Kino Agentliyinin həm nizamnaməsini, həm də struktur layihəsini hazırlayaq. Agentliyin yaradılması çox mühüm hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. “Hesab edirəm ki, bu, kinomuzun inkişafı və bu sahəyə investisiyaların artırılması baxımından çox önəmli addımdır. Əminəm ki, Kino Agentliyi Azərbaycan kinosunun yeni mərhələyə qaldırılmasına töhfə verəcək”, – nazir bildirib.

Read More »

Nazir: “Azad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb”

“Azad olunan ərazilərdəki abidələrin monitorinqi hələ də davam edir. Çünki ərazilər minalıdır. Amma monitorinqlər aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda tarix-mədəniyyət abidələri aşkarlanıb: “Reysterdə olan 706 abidədən 404-ünü aşkar etmişik. Bundan başqa, azad olunan ərazilərdə 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb. Məlumatlar əldə …

Read More »

Azad olunmuş torpaqlarda beynəlxalq şahmat turniri keçirilə bilər

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib. Boyukmillet.com xəbər verir ki, qurumun prezidenti Mahir Məmmədov və 1-ci vitse-prezidenti Faiq Həsənov mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Səfərdə əsas məqsəd yaxın gələcəkdə həmin ərazilərdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır. Səfərlə bağlı təəssüratlarını bölüşən M.Məmmədov bunları söyləyib: “Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün …

Read More »

VHP Siyasi Şurası Sabir Rüstəmxanlını təbrik edib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının doğum günüdür. Bu münasibətlə VHP Siyasi Şurası Sabir Rüstəmxanlını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Sabir bəy! Sizin Xalq şairi, millət vəkili, partiya rəhbəri, publisist, ictimai və dövlət xadimi kimi çoxşaxəli və çoxyönlü fəaliyyətiniz Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin bərpası və inkişafına, demokratik dəyərlərin respublikamızda bərqərar olmasına yönəlmişdir. …

Read More »

Seyid Abbas Musəvi: “Azərbaycanla İran arasında yeni layihələr müzakirə edilir”

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində iki ölkə arasında yeni layihələrin icrası, həmçinin İran vasitəsilə Naxçıvana kommunikasiya bağlantılarının yaradılması müzakirə edilir. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dovlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir: “Səfər …

Read More »

Sabah “Azəriqaz” “Açıq qapı” aksiyası keçirəcək

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Read More »

Gürcüstanın din xadimlərinin Azərbaycana səfəri başlayıb

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səfər səfirliyin təşkilatçılığı və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Bildirilib ki, nümayəndə heyətinin səfəri may ayının 23-dək davam edəcək. Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər. Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə …

Read More »

Nazir: “Münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır”

“Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. O, sözügedən şəhərdə Azərbaycan mədəniyyətinin xeyli dahi nümayəndələrin anadan olduğunu, Şuşanın öz muğam ifaçıları ilə məşhur olduğunu …

Read More »

Azərbaycan dəmiryolçuları qlobal nəqliyyat və logistika sərgisinə qatılıb

Azərbaycan dəmiryolçuları 2 illik fasilədən sonra Niderlandın Rotterdam şəhərində keçirilən ənənəvi “Breakbulk Europe-2022” Beynəlxalq nəqliyyat-loqistika və nəqliyyat innovasiyaları sərgisində iştirak edirlər. Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib. Məlumata görə, mayın 17-dən 19-na qədər davam edən sərgiyə 120 ölkədən mindən çox şirkət qatılıb. Tədbirdə yükdaşımalar, ekspedisiya, o cümlədən dəmir yolu sahəsində çalışan şirkətlər, …

Read More »