Cümə , 10 Aprel 2026

autor

QHT-nin Türkiyə səfəri davam edir – Layihə çərçivəsidndə

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qardaş Türkiyəyə həyata keçirilən səfərin ikinci günü nümayəndə heyətimiz Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşdü. Ordu Komandanı general-polkovnik Kemal Yeni Azərbaycan qaziləri ilə növbəti dəfə görüşdən olduqca məmnun olduğunu bildirərək bir millət iki dövlət devizinə hər zaman sadiq olmamızın, …

Read More »

Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri gözlənilir

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “CASPINDEXPO 2022” beynəlxalq ticarət və sənaye sərgisinin açılış mərasimində deyib. Onun sözlərinə görə, bununla yanaşı İran parlamentinin nümayəndəsi Azərbaycana səfəri gözlənilir. Səfir əlavə edib ki, İran və Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf etməlidir: “Çünki hər iki dövlət eyni strateji bölgədə …

Read More »

Azərbaycan güləşçiləri Türkiyədəki “Çempionlar” turnirinə 11 medalla start verib

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb. Bu barədə  Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir. Məlumata görə, ilk 2 yarış günündən sonra Azərbaycan təmsilçiləri 11 medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə …

Read More »

Rusiya ordusu Ukraynanın Polşa ilə sərhədində hərbi obyekti vurub

Mayın 15-də səhər saatlarında Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqramda bildirib. Zərbə nəticəsində Polşa ilə sərhəd yaxınlığında yerləşən hərbi obyekt dağıdılıb. “Polşa ilə sərhədə yaxın Yavoriv rayonunda yerləşən hərbi infrastruktur obyektinə 4 raket düşüb. Obyekt tamamilə məhv edilib”, – o deyib. İlkin məlumata görə, ölən …

Read More »

Almaniyada Heydər Əliyevin 99 illiyi münasibətilə beynəlxalq idman yarışı təşkil edilib

Almaniyanın Barleben şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə beynəlxalq idman yarışı keçirilib. Boyukmillet.com  xəbər verir ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin …

Read More »

Azərbaycan Prezidenti: “Şuşada bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi”

“Müharibənin son dəqiqəsinə qədər, Şuşa şəhərinə bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib. “Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu …

Read More »

Azərbaycan və Türkiyə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər

Azərbaycan və Türkiyə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, Prezidentin İlham Əliyev Türkiyənin Rize şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, mayın 14-də Türkiyənin Rize şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın …

Read More »

Artan inflyasiya və əhalinin gəlirləri: “Bahalaşma dalğası davam edəcək” – Videomüsahibə

“Qiymət artımı əməkhaqqı məbləği ilə adekvat deyil”. Boyukmillet.com xəbər verir ki,bu sözləri “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda hökm sürən inflyasiya dalğası özünü ərzaq məhsullarının qiymətində daha qabarıq göstərir. Bahalaşmanın hələ bir müddət davam edəcəyini nəzərə alsaq, dövlət aztəminatlı ailələri daha çox dəstəkləyən addımlar atmalıdır. İqtisadçı ilə müsahibədə dünyada …

Read More »

Birləşmiş Ərəb Əmirliklərinin yeni Prezidenti seçilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni Prezidenti seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkənin yeni Prezidenti seçilib. O, 1961-ci ildə anadan olub. Qeyd edək ki, BƏƏ Prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən …

Read More »

Ceyhun Bayramov İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər. Nazir Ceyhun Bayramov həmkarının İrana səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda …

Read More »