İstanbul Maliyyə cinayətkarlığı ilə mübarizə şöbəsinin əməkdaşları bu səhər Şilə Bələdiyyəsində əməliyyat keçirib. Boyukmillet.com TRT-yə istinadən xəbər verir ki, əməliyyat nəticvəsində bələdiyyə sədri Özgür Kabadayı saxlanılıb. Onunla yanaşı, bələdiyyənin bəzi əməkdaşları da göz altına alınıb. Hazırda araşdırmalar davam etdirilir. Məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verməyib.
Read More »Ərdoğan Kommunikasiya İdarəsinin rəhbərini dəyişib
Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub. Boyukmillet.com “Resmi Gazete“yə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq sərəncam imzalayıb. Ölkə başçısının digər səırəncamı ilə bu vəzifəyə xarici işlər nazirinin köməkçisi Burhanettin Duran gətirilib. Fəxrəddin Altun isə Türkiyə İnsan Haqları Qurumuna rəhbər təyin olunub.
Read More »Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. “Report”un Əbu-Dabiyə ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, saziş iki ölkənin prezidentləri İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə imzalanıb.
Read More »Rusiya 1 milyon hindistanlı gətirir: Postsovet ölkələri miqrantlarının taleyi sual altındadır
Rusiya ilin sonunadək Hindistandan bir milyon işçi qəbul etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Ural Ticarət-Sənaye Palatasının rəhbəri Andrey Besedin Hindistan tərəfdaşlarına istinadən açıqlayıb. Onun sözlərinə görə, yüksək ixtisaslı mütəxəssislər də daxil olmaqla Hindistandan gələcək işçilər əsasən metallurgiya və maşınqayırma müəssisələrində çalışmaq üçün dəvət olunacaqlar. Bu məqsədlə Yekaterinburqda Hindistanın Baş Konsulluğunun açılması nəzərdə tutulur və həmin proses …
Read More »TDT-yə üzv dövlətlər turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb
“Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib. Boyukmillet.com Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Anlaşma Memorandumu iyulun 8-9-da Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirakı zamanı baş tutub. Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad …
Read More »İpoteka və Kredit Zəmanət Fondu zəmanət verdiyi borcların məbləğini açıqlayıb
Bu günə İpoteka və Kredit Zəmanət Fondu 116,891 milyon manat məbləğində 1 294 krediti zəmanətlə təmin edib. Boyukmillet.com xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib. Bundan başqa, onun sözlərinə görə, indiyə qədər qurumun xətti ilə verilmiş ipoteka kreditlərinin 32 %-ni güzəştli kateqoriyaya aid şəxslər alıb. Kreditlərin 67 %-i gənclərə və gənc ailələrə verilib, 22 %-i isə regionlarun …
Read More »Abdullah Öcalan: PKK dövlət qurmaq məqsədindən artıq əl çəkib
Keçmiş PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalan videomüraciət edib. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, videomüraciətində bu il fevralın 27-də etdiyi çağırışa sadiq olduğunu bildirib: “Əldə olunan hazırkı məqam çox dəyərli və tarixi məqam hesab edilməlidir”. A.Öcalan deyib ki, silahların buraxılması istiqamətində daha praktik və konkret, qətiyyətli addımlara keçmək üçün səylər davam etdirilir: “PKK dövlət qurmaq …
Read More »ABŞ-də Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
ABŞ Milli Meteoroloji Xidməti Nyu-Meksiko ştatında daşqın səbəbindən fövqəladə vəziyyət elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb. Qeyd olunur ki, Albukerkedəki çay sahillərini aşaraq şəhərdə daşqınlara səbəb olub. Linkoln şəhərində ata və iki uşağı su axını aparıb. Ruidoso şəhərində sürətli su axını binaları dağıtmağa başlayıb. Sosial şəbəkələrdə çaydan aşağı üzən evlərin görüntüləri yayılıb. Xatırladaq ki, …
Read More »ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda təsdiqləyib. “Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən də bunu təsdiqlədim”, – o deyib. Bundan əvvəl Amerika lideri etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsi onun gözlədiyindən də çətin olub.
Read More »16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir
Ailəsi və yaxınları onun durumundan narahatdırlar Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir. Bu barədə onun hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan “Facebook” səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar