Cümə , 10 Aprel 2026

autor

Deputatlar tətilə çıxıb

Milli Məclisin deputatları tətilə çıxıb. Boyukmillet.com-un xəbərinə görə, qanunverici orqanın üzvləri yanvarın 15-dək tətildə olacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın …

Read More »

Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə müntəzəm konteyner yükdaşımaları həyata keçiriləcək

Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə 2022-ci il ərzində müntəzəm olaraq konteynerlərlə yükdaşımalar həyata keçiriləcək. Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-dən bildirilib. “ADY Konteyner” Çinin “Xian Free Trade Port Construction and Operation Co.”şirkəti ilə birgə müqavilə imzalayıb. Müqavilə çərçivəsində Siandan Bakıya növbəti konteyner blok qatarının çatdırılıb. Müqavilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımaların …

Read More »

“Azəriqaz” “Alov qüllələri”nin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Report”a bildirib ki, Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iş aparılıb. “Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin xəsarət alması barədə məlumat …

Read More »

Ərdoğan Azərbaycan-Türkiyə əməkdaşlığı ilə bağlı daha bir sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq qərar imzalayıb. 2012-ci ilin mayın 10-da Bakıda Milli Arxiv İdarəsinin o zamanki rəisi Ataxan Paşayev və Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal tərəfindən imzalanan Protokola əsasən, tərəflər qüvvədə olan …

Read More »

Azərbaycanda bayram münasibətilə aztəminatlı ailələrə 100 manat yardım göstəriləcək

“Azərbaycanda 47 min aztəminatlı ailənin hər birinə bayram münasibətilə birdəfəlik 100 manat məbləğində yardım göstəriləcək”. Boyukmillet.com  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib. Onun sözlərinə görə, növbəti illərdə həssas təbəqəyə aid olan şəxslərin vəziyyəti diqqət mərkəzində olacaq: “Bu istiqamətdə vacib addımlar atılacaq. Gələn ilin dövlət büdcəsindən 1,5 milyard manat sosialyönümlü yardımlara xərclənəcək”. …

Read More »

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Saatlı rayon sakini Ruslan Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. R.Bağırov polis əməkdaşlarına …

Read More »

Azərbaycan dənizçisi Qazaxıstan limanında gəmidən özünü suya atıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Bildirilir ki, dekabr 29-dan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb. Dekabr 30-u, saat 08:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü …

Read More »

Parlamentdə dünya azərbaycanlılarına müraciətlə bağlı komissiya yaradılıb

“Milli Məclisdə Dünya Azərbaycanlılarına müraciətlə əlaqədar redaksiya komissiyası yaradılıb”. Boyukmillet.com –un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, komissiyanın sədri Fəzail İbrahimlidir: “Komissiyaya ümumilikdə 7 nəfər daxildir”.

Read More »

İstanbulda Azərbaycanlı rəssamın sərgisi keçirilib

İstanbulda UNESCO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvü, Azərbaycanlı rəssam Nərminə Nəcəfovanın sərgisi keçirilib. Boyukmillet.com xəbər verir ki, sərgidə rəssamın 34 rəsm əsəri nümayiş olunub. Sərgidə iştirak edən Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yeditəpə Universitetinin professoru, rəssam Rafiq Əziz Nərminə Nəcəfovaya UNESCO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib. Qeyd edək ki, tədbir zamanı daha çox …

Read More »