Cümə , 10 Aprel 2026

autor

Sabah hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq

Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi …

Read More »

NATO-Rusiya Şurasının yanvarın 12-də iclası planlaşdırılır

Yanvarın 12-də NATO-Rusiya Şurasının iclası planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO rəsmisi “Anadolu” agentliyinə bildirib. Stoltenberq NATO-Rusiya Şurasının sədri kimi iclasın yanvarın 12-də çağırılmasına qərar verib. “Görüşlə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, – deyə rəsmi bildirib. NATO Baş Qərargah Rəislərinin toplantısı da eyni gündə Brüsseldə keçiriləcək. Son aylarda Ukraynadakı vəziyyətlə bağlı NATO ilə Rusiya arasında gərginlik artıb və …

Read More »

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir

Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlayıb, lakin bu məsələdə ölkələr arasında hələ də konsensus yoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Qəzetin yazdığına görə, Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib. Eyni zamanda, Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul …

Read More »

BƏƏ Azərbaycanı pandemiya baxımından təhlükəsiz ölkələr siyahısına salıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına salıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, BƏƏ-nin paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib. Departament “yaşıl” adlanan siyahıdakı 95 ölkənin sayını 73-ə endirib. Adları “yaşıl” siyahıya salınan ölkələrdən …

Read More »

Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb. Gün ərzində koronavirusa yoluxma hallarının sayı 279 milyon 477 min 572-yə yüksəlib. Virusun yayılmasından indiyədək 5 milyon 396 min 885 nəfər dünyasını dəyişib. Dünyada yoluxma üzrə birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür. ABŞ-da 52 milyon 95 min 411 yoluxma …

Read More »

Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində insident olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb. Belə ki, Tacikistan vətəndaşları sərhədə yaxın Qırğızıstan sakinlərinin avtomobillərinə daş atıblar. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti ölkə vətəndaşlarının xəsarət almadığını bildirib. İnsidentdən dərhal sonra Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəisləri arasında görüş keçirilib və onlar vəziyyəti sabitləşdirmək üçün …

Read More »

Prezidentdən nümunəvi addım: hamımıza göstərdi ki… – Azay Quliyev

Cənab Prezidentin hər hərəkətində, hər sözündə və mesajında özünəməxsus məna var. Prezidentin dünənki addımı, 60 illik yubileyinin tamam olduğu gündə havanın sərt və qeyri-münasib olmasına baxmayaraq Şuşaya və Hadruda səfər etməsi, orada elit hərbi korpusun, Komandonun açılışını etməsini bu baxımdan qiymətləndirmək lazımdır. Dövlət başçısı bu addımı ilə bizim hamımıza bir daha göstərdi ki, onun üçün doğum günü və ya yubiley …

Read More »

İran səfirliyi: “Azərbaycanla dostluq və qardaşlıq əbədi olacaq”

“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür”. Boyukmillet.com -un xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyi tviter səhifəsində paylaşım edib. “Bu hadisə iki dost, qardaş və qohum xalqın tarixində yeni səhifə oldu. Bu dostluq və qardaşlıq əbədi olacaq”, – tvitdə bildirilib. Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür. Bu hadisə …

Read More »

QHT nümayəndələri Xudafərin körpüsündə olub

Azərbaycanda fəaliyyət göstərən 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi Cəbrayıl rayonuna səfərləri çərçivəsində Xudafərin körpüsündə olublar. Boyukmillet.com xəbər verir ki, QHT nümayəndələrinə Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla bağlı məlumat verilib. Qeyd edək ki, QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.

Read More »