İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək. Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram”.
Read More »Mehriban Əliyeva Şuşadan videogörüntü paylaşıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadan videogörüntü paylaşıb. Boyukmillet.com xəbər verir ki, paylaşım bu sözlərlə təqdim olunub: “Şuşada ən balaca general-leytenant”. Qeyd edək ki, videogörüntüdə Prezident İlham Əliyevin 4 yaşlı Asiflə səmimi söhbəti yer alıb.
Read More »Yeni sosial islahatların miqyası
İradə Rizazadə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Prezidentlik fəaliyyətində vətəndaşların rifah halının yüksəldilməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet istiqamət …
Read More »Çində daha bir Azərbaycan Ticarət Evi açılıb
Çinin Hunan vilayətinin Canciacie şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə Canciacie şəhəri rəhbərliyi və şirkət nümayəndələri iştirak ediblər. Açılış mərasimində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin ikitərəfli iqtisadi-ticarət münasibətlərinin inkişaf dinamikası haqqında danışaraq Canciacie şəhərində açılmış Azərbaycan Ticarət Evinin bu münasibətlərə töhfə verəcəyinə ümid etdiyini bildirib. Canciaciye şəhər merinin müavini Ouyan Bin Canciacie şəhərində Azərbaycan …
Read More »Kiyevdə Qarabağ incilərini əks etdirən sərgi keçirilir
Ukraynada Taras Şevçenko adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin əl işlərindən ibarət sərgi təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan sərginin açılışında səfirliyin əməkdaşları, hökumət rəsmiləri, müxtəlif ölkələrin Kiyevdəki diplomatik korpusların və ictimaiyyətin nümayəndələri, diaspor fəalları iştirak ediblər. Xalça və rəsm işlərindən ibarət olan sərgidə əsas mövzu Azərbaycan mədəni tarixi …
Read More »Rusiya Müsəlmanlarının lideri Prezident İlham Əliyevi təbrik edib
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Qarşılıqlı Əlaqə Şurasının üzvü şeyx Ravil Qaynutdin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə …
Read More »Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri Cəbrayıldadır
Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, 150-dən çox qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində “Dostluq” bulağı ilə tanış olması nəzərdə tutulur. QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.
Read More »Ukraynada məşhur diplomatik jurnal növbəti sayını İlham Əliyevə həsr edib
Ukraynada Taras Şevçenko adına Milli Muzeydə tanınmış “Kyiv Diplomatic” jurnalının Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, layihə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü, “SOCAR Energy Ukraine” şirkətinin dəstəyi ilə baş tutub. Təqdimat zamanı Kiyevdəki müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri, hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və diaspor fəalları iştirak ediblər. Azərbaycanın Ukraynadakı səfirliyinin …
Read More »MEDİA saytlar üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək layihəsi elan edib. Boyukmillet.com xəbər verir ki, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər. Müsabiqədə iştirak üçün: – veb-saytın google analytics hesabına yazılı giriş icazəsi təqdim olunmalıdır. Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə bilərsiniz. Müsabiqəyə müraciət …
Read More »Vətən müharibəsində yaralanan 2 500-ə yaxın hərbi qulluqçuya əlillik təyin edilib
Vətən müharibəsində yaralanan 2500-ə yaxın hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Boyukmillet.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işləri davam etdirir. Həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir. İlk …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar