“Xidməti-döyüş fəaliyyətlərinin icrasında da əhəmiyyətli dönüş yaranıb. Ali Baş Komandanın tapşırığına əsasən şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mətbəx, təmizlik və digər məişət işlərinin görülməsi üçün müvafiq vəzifələrə mülki şəxslər cəlb olunub. Beləliklə də, şəxsi heyət təsərrüfat və məişət işlərindən uzaqlaşdırılaraq yalnız hərbi xidmətlə bağlı tapşırıqların icrasına cəlb olundu. Həyata keçirilən bu islahatların nəticəsində 20 mindən artıq …
Read More »General-polkovnik: “Torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız kimi qəbul edirik”
“İşğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçuların xidmət, təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandanın verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu bölgələrə davamlı səfər edirəm. Hərbi hissələrə, yeni inşa edilən, əsaslı təmir olunmuş hərbi infrastruktura baxış keçirir, hərbi xidmətin vəziyyətini öyrənir, hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə yerində yaxından tanış oluram, müvafiq tapşırıqlar verirəm. …
Read More »Müdafiə naziri: “Vətən müharibəsi əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik salnaməsi olacaq”
“Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımız daim davam edəcək, onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. “Vətən müharibəsi bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük …
Read More »Zakir Həsənov: “Anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi təxribatlar planlaşdırır”
“Bir faktı xüsusi vurğulamalıyam ki, Azərbaycan Ordusunun ən müasir, yeni nəsil silahlarla təchiz olunması, hərbi təlimlərdə məşq etdirilən xüsusi döyüş tapşırıqları Müdafiə Nazirliyi tərəfindən tam həcmdə açıqlanmırdı. Çünki müharibə vəziyyətində olan ölkənin hərbi potensialı məxfi saxlanılmalıdır”. “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. “Lakin düşmən Azərbaycan Ordusunun güclü olduğunu çox yaxşı …
Read More »Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan davamlı islahatlar yeni mərhələyə qədəm qoyur
Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan davamlı islahatlar yeni mərhələyə qədəm qoyur. Həssas sosial qruplara yönələn siyasətdə davamlı və əhatəli münasibət qəbul edilən qərarlarda özünü göstərir. Həssas sosial qruplardan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas və vacib istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, ölkə vətəndaşlarının böyük bir …
Read More »Dərmanlar keyfiyyətsizdir, qiymətləri də od qiymətinə
Bexterev (tibbi adı -Ankilozlaşan Spondilit) xəstəliyindən əziyyət çəkənlər “Skafo” iynəsi baha olduğu üçün Türkiyədən sifariş verməli olur. Bunu boyukmillet.com-a açıqlamasında bu xəstəlikdən əziyyət çəkən Vüsal Əfəndi bildirib. “2019-cu ildə Ankilozlaşan Spondilit xəstəliyi diaqnozu qoyuldu və bu günə kimi müalicə alıram. El arasında Bexterev kimi tanınan bu xəstəlik çox xərc tələb edən bir xəstəlikdir. Bu xəstəliyin müalicəsində mütəmadi olaraq, “sulfasalazin” dərmanı …
Read More »İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib. Boyukmillet.com xəbər verir ki, nazir Fatih Dönməz Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və …
Read More »Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib. Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Read More »Vüqar Səfərlinin əmlakı müsadirə edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə …
Read More »Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vuraraq öldürüb
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar