Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan güləşçisi İslam Abbasovun heyətində yer aldığı “Şiltgem” həlledici görüşdə “Sarregimenes”lə qarşılaşıb. Milli üzvü 2 çəkidə çıxış edib. O, əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib – 8:0. Yarışın sonuncu görüşü Abbasovla fransalı Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində Azərbaycanlı idmançının komandası 5:6 hesabıyla …
Read More »Ceyhun Bayramov Qırğızıstanın Təhlükəsizlik Şurasının sədr müavini ilə görüşüb
Azərbaycanın arici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov ilə görüşü baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd edib. İqtisadi sahədə mövcud potensialdan istifadə edilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda, iqtisadi və …
Read More »Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə …
Read More »Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti iclasının dekabrın 24-də keçirilməsi nəzərdə tutulub. Toplantının gündəliyi barədə isə əlavə məlumat veriləcək.
Read More »Qar yağacaq, güclü külək əsəcək, temperatur 5-10 dərəcə enəcək
Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək …
Read More »Putin sülhməramlıların Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirib
“Rusiya sülhməramlılarının fəaliyyəti sayəsində Qarabağda humanitar şərait yaxşılaşdırılıb”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında bildirib. “Bir ildən artıqdır bizim sülhməramlılar Qarabağda sabitliyin dəstəklənməsinə yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarixi və mədəni abidələr qorunub”, V.Putin qeyd edib. …
Read More »DİM Vətən müharibəsi ilə bağlı tarix fənninə edilən dəyişiklikləri təqdim edib
Dövlət İmtahan Mərkəzi Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib. Boyukmillet.com xəbər verir ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilən, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür. Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər. …
Read More »Umayra Tağıyeva: “Bakıda qar yağacaq”
“Son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan hava kütlələrinin nadir, bəlkə də bu vaxtlaradək görünməyən, kionfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşır. Belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O qeyd edib ki, adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya …
Read More »Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin mümkünlüyünü bəyan edib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib. “Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq”, – N.Paşinyan bildirib. Onun sözlərinə …
Read More »Prokuror Ata Abdullayevə 9 il həbs cəzası istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında A.Abdullayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə nitqinə hazır olmadığını deyib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar