Cümə , 17 May 2024
Drone Cameras

Ermənini məğlub edən Azərbaycan güləşçisi komandasına kubok qazandırıb

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Boyukmillet.com  xəbər verir ki, Azərbaycan güləşçisi İslam Abbasovun heyətində yer aldığı “Şiltgem” həlledici görüşdə “Sarregimenes”lə qarşılaşıb. Milli üzvü 2 çəkidə çıxış edib. O, əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib – 8:0.

Yarışın sonuncu görüşü Abbasovla fransalı Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində Azərbaycanlı idmançının komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə “Şiltgem” Fransa çempionu olub.

Beləliklə, İslam Abbasov Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …