Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib. “Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan …
Read More »Azərbaycan Prezidenti: “Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var”
“Əvvəla, indi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə …
Read More »İlham Əliyev: “Ümid edirik ki, Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”
“Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda …
Read More »Prezident: “Biz ədalət istəyirik, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”
“Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, …
Read More »Azərbaycan Tbilisidə xeyriyyə yarmarkasında iştirak edir
Tbilisidə keçirilən ənənəvi xeyriyyə yarmarkası davam edir.“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan guşəsinə baş çəkən çoxsaylı ziyarətçilər arasında Gürcüstanın xarici işlər nazirinin I müavini Laşa Darsaliya da olub. Azərbaycan səfiri Faiq Quliyev XİN rəsmisini guşə ilə yaxından tanış edib, sərgilənən milli suvenirlər və Azərbaycan isehsalı olan qida məhsulları barədə ətraflı məlumat verib. Səfirlik adından L.Darsaliyaya milli suvenir, neftlə çəkilmiş …
Read More »“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib
Prezident İlham Əliyev “Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib. Boyukmillet.com müsahibəni təqdim edir. Müxbir: Əvvəla, görüşmək imkanı yaratdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Mən dəfələrlə Azərbaycanda olmuşam, bir çox seçkilərin keçirildiyi vaxtlarda Azərbaycanda səfərdə olmuşam. Prezident İlham Əliyev: Sonuncu dəfə nə vaxt olmusunuz? – Sonuncu dəfə ilyarım bundan öncə. Çox maraqlı ölkədir və …
Read More »Azərbaycan Prezidenti Bakıda Zəfər Muzeyinin tikintisindən danışıb
“İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri olub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham …
Read More »QHT-lərlə qrant müqaviləsi bağlanmasında SON GÜN – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələrin imzalanma mərhələsi yekunlaşır. Bildiyiniz kimi, Agentliyin Müşahidə Şurasının “14 dekabr 2021-ci il tarixli” iclasının qərarına əsasən 415 QHT müsabiqənin qalibi elan edilmişdir. Qaliblərlə qrant müqaviləsi bağlanması mərhələsinə 14 dekabr tarixindən başlanılmış, bu gün isə yekunlaşdırılır. Agentliyin Layihələrin idarə olunması departamentinin əməkdaşları qısa müddətdə belə …
Read More »Serj Sarqsyan günahlarını etiraf edib: “Ədalətsizlik, korrupsiya yüksək səviyyədə idi”
“Bütün günahlarımı başqalarının üzərinə yıxmaq kimi məqsədim yoxdur. Hakimiyyət dövrümdə problemlər çox idi, ədalətsizliklər, korrupsiya yüksək səviyyədə idi”. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan sədri olduğu Respublika Partiyasının qurultayında çıxış edərkən etiraf edib. “Bizim adımızla sərvət toplayanlara qarşı sərt deyildim. Mən xalqla kifayət qədər açıq deyildim, bir çox daxili problemlərə əhəmiyyət vermədim”, – o …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar