Cümə , 10 Aprel 2026

autor

Ceyhun Bayramov Pakistana yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana yola düşüb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Read More »

Bu il “Azərişığ”a 4 mindən çox abunəçi onlayn müraciət edib

Bu ilin yanvar-noyabr aylarında “Azərişıq” ASC-yə 4 004 abunəçi elektron qaydada şəbəkəyə qoşulma üzrə müraciət edib. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunun 436-sı noyabr ayının payına düşüb. Xatırladaq ki, səhmdar cəmiyyəti məmnunluq səviyyəsini artırmaq, xüsusilə də pandemiya dövründə insanların arasında təması azaltmaq məqsədi ilə enerji təchizatı şəbəkəsinə qoşulma üzrə e-gov.az və azerishiq.az saytlarında elektron xidmətlər tətbiq edib.

Read More »

Baş Prokurorluq, DİN və DTX “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi …

Read More »

Zakir Həsənov Kəlbəcər və Laçına gedib, yeni hərbi obyektlərin açılışında istirak edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib. Hərbi qulluqçuların yaşayış yeri ilə tanış olan …

Read More »

Azərbaycanda şirkətdən 115 min manatlıq traktor oğurlanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rafiq Allahyarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com “Report”a isdinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, R.Allahyarov 2015-ci il iyunun 21-23-də zərərçəkmiş şəxsə məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,24 …

Read More »

Mahirə Nağıqızı kimdir?

Məndən bir dəstə bağla… …Özünə göndər məni… Yazının başlığına çıxardığım misra da onundur, elə yazının birinci cümləsi də… Duyğusal şeirlərin, yanğılı bayatıların yaratdığı təəssürat o qədər zəngindir ki, bu zənginliyin əhatəsində yazı yazmaq da şirindir. Sanki yazmaya bilmirsən. Bunlar Mahirə Nağıqızının bir bayatısının, oxucusu olaraq, mənim içimdə yaratdığı assosiasiyadır: Çəmən kimi sər məni, Çiçək kimi dər məni. Məndən bir dəstə …

Read More »

Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,6 ABŞ dolları, yaxud 2,08 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Bu gün Bakıda Vüqar Həşimovun xatirə turniri start götürəcək

Bu gün Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 7-ci beynəlxalq superturnir start götürəcək. Boyukmillet.com -un məlumatına görə, “Fairmont Baku” otelində keçiriləcək və dekabrın 23-dək davam edəcək turnirdə 8 şahmatçı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli (hər üçü Azərbaycan), Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) …

Read More »

Efiopiya BMT-nin qərarını rədd edib

Efiopiya Xarici İşlər Nazirliyi BMT-nin İnsan Hüquqları Şurasının bu ölkə ilə bağlı çıxardığı qərarları rədd edib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilir. Bəyanata görə, Şuranın bəzi üzvlərinin göstərilən hərəkətləri suveren dövlətin daxili işlərinə müdaxilənin alternativ yolunu tapmaq cəhdidir. Sənəddə vurğulanır: “Bu cür hərəkətlər regionda vəziyyəti gərginləşdirməkdən başqa heç bir …

Read More »

Ağ Ev İrana qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əməl edəcəyi təqdirdə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli nümayəndəsi bildirib. “İranın nüvə sazişinə qayıtması ABŞ-ın sanksiyalarını ləğv etməyin yeganə yoludur”, – nümayəndə qeyd edib. Xatırladaq ki, İranın nüvə sazişi və Vaşinqtonun Tehrana qarşı …

Read More »