Beynəlxalq Əlil Təşkilatları Birliyinin hesabat-seçki yığıncağı keçirilib. Boyukmillet.com xəbər verir ki, yığıncaqda illik hesabat dinlənilib, Nizamnamədə əlavə və dəyişikliklər edilib, tədbirlər planı təsdiqlənib. Birliyin rəhbər orqanlarına seçki keçirilib. Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli qurumun idarə heyətinin üzvü və beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti seçilib. Onu da qeyd edək ki, 2019-cu ildə Bakıda birliyin yığıncağı və BMT-nin İqtisadi və Sosial …
Read More »Deputat: “Aİ-nin postmünaqişə dövrü ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir”
“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr postmüharibə dövründə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməkdə davam etdiyi təsdiqləyir. Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə …
Read More »Ərdoğanla Putinin münasibətləri problemin sülh yolu ilə həllinə imkan verir – Peskov
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibəti var”. Boyukmillet.com xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu münasibət ən çətin fikir ayrılıqlarında belə dialoq aparmağa və problemin sülh yolu ilə həllinə imkan verir: “Prezident Ərdoğanın, bilirsiniz ki, Putinlə kifayət qədər mehriban münasibəti var, hətta demək olar ki, prezident Putinlə dostluq …
Read More »Əziz Ələkbərli: “Beş ildir İşçi Qrup yaradılıb, amma bir Ermənistan qaçqınına dəymiş ziyan hesablanmayıb”
“Zəngəzur dəhlizinin açılmaması Ermənistanın bir dövlət kimi sonu olar”Bu günlərdə Zəngəzur mövzusu Qarabağ məsələsini üstələyib. Mövzunun aktuallığını nəzərə alaraq deputat, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərliyə müraciət etdik. Əziz bəy, bir müddət öncə rəhbərlik etdiyiniz qurumlar “5 Dekabr deportasiyanın Anım günü” tədbirini keçirdi. Məlum oldu ki, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 …
Read More »Azərbaycanda daha 755 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1 671 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 608 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 914 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib. 16 734 nəfər aktiv …
Read More »Ersin Tatar BMT-nin yeni xüsusi nümayəndəsi Stüartın təşkil etdiyi qəbulda iştirak edir
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Kiprdəki yeni xüsusi nümayəndəsi və BMT Sülhməramlı Qüvvələrinin (UNFICYP) Kiprdəki missiyasının rəhbəri Kolin Stüartın verdiyi “İlin Sonu Qəbulunda” iştirak edib. Boyukmillet.com xəbər verir ki, Kiprdə səlahiyyət müddəti başa çatan Elizabet Speharın yerinə təyin olunan Stüart Ledra Palace otelində “İlin Sonu Qəbulu” verib. Qəbulda Kipr rum lideri Nikos …
Read More »Qarabağdakı separatçı-terrorçu rejimin “təmsilçi”lərindən biri Rusiyada həbs edilib
Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin “təmsilçi”lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb. Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş. Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır. Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin “təhlükəsizlik …
Read More »Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan-Qətər münasibətləri dinamik inkişaf yolundadır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun …
Read More »İlham Əliyev peşə məktəblərində çalışanların maaşını artırıb – SƏRƏNCAM
Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının …
Read More »Azərbaycanda minimum əməkhaqqı artırılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar