Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib: “İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun …
Read More »Ağcabədi, Ağdam və Tərtərdə aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi ilə Ağcabədi, Ağdam və Tərtər rayonlarında məlumatlandırma sessiyaları keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu rayonlarda ümumilikdə 55 min hektardan çox sahədə payızlıq əkinin aparılması proqnozlaşdırılır. Artıq sahələrdə səpin prosesi …
Read More »Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib
2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib. Şəxsi heyət “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna hərəkət edib. Təlimin ssenarisinə uyğun olaraq verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar icra edib. Təlimin əsas məqsədi şəxsi heyətin atıcı …
Read More »“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib
“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı Fransanın paytaxtı Parisdə “Dünyanın ən yaxşı nəşri” seçilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin “İrəvan Xanlığının Regional Mətbəxi” adlı kitabı Parisdə keçirilən Beynəlxalq “Gourmand World Cookbook Awards” mərasimində “Regional mətbəx” nominasiyası üzrə “Dünyanın ən yaxşı nəşri” seçilib. Qeyd edək ki, 1995-ci ildə Edouard Cointreau tərəfindən təsis edilən “Gourmand World Cookbook Awards” hər …
Read More »Tarixdə bu gün: “Günəşli” faciəsindən 6 il ötür
Bu gün “Günəşli” yatağında baş verən faciədən 6 il ötür. Boyukmillet.com xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb. Xatırladaq ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 …
Read More »XİN başçısı: “Azərbaycan münaqişədən sonrakı bərpa prosesində ATƏT-lə əməkdaşlığa hazırdır”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı tərəflər münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən ən son proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar, habelə ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma …
Read More »Azərbaycan və Türkiyə hərbi pilotları Bakıda birgə təlim uçuşları keçiriblər
Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. Tədbirdə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit …
Read More »DİN Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə müraciət edib
“Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. “Ancaq bir qədər səbr və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil …
Read More »Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb
Türkiyəyə məxsus “Hürkuş” tipli təlim təyyarəsi dekabrın 3-də Azərbaycanda sınaq uçuşları keçirib. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar. Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı uçuşları izləyiblər. Diplomat tviter səhifəsində uçuşla bağlı paylaşım edib. “Bu gün Azərbaycanda “Hürkuş” uçurduq”, – C.Bağçı …
Read More »Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar