Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. İdarədən verilən məlumata görə, yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alsınlar, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli …
Read More »İşğaldan azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb. Boyukmillet.com xəbər verir ki, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 256, tank əleyhinə 354 mina və 223 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 4 145 456 m² (414 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2020-ci ilin …
Read More »Dekabrda havanın orta aylıq temperaturu bəzi yerlərdə bir qədər yüksək olacaq
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimalı var. Dekabrın 1-i gündüzdən 2-si gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit, yağıntılı, küləkli keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir …
Read More »Avstraliya səfiri Azərbaycana başsağlığı verib
Avstraliyanın Türkiyədə, eyni zamanda Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiri Maylz Armitac Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib. “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirəm”, – …
Read More »Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi yaradılıb, nümayəndə təyin olunub
Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Read More »MÜSİAD rəsmisi: “Azərbaycanla ticarətdə artım Zəngəzur dəhlizinə bağlıdır”
“Zəngəzur dəhlizi açılsa, Türkiyənin Azərbaycan da daxil olmaqla Qafqaz ölkələri, eləcə də Orta Asiyadakı türkdilli ölkələrlə nəqliyyat əlaqələri yaxşılaşacaq, bu isə ticarət əməliyyatlarını daha rahat aparmağa imkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə açıqlamasında Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Konya şöbəsinin rəhbəri Mehmet Hilmi Kağnıcı deyib. “Təxminən 3 illik fasilədən sonra bu yaxınlarda Azərbaycana yenidən səfər …
Read More »Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sənədə əsasən, “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, …
Read More »Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü olacaq
Bu gün Moskva şəhərində Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökuməti sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupun görüşü olacaq. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan söyləyib. Görüşdə bütün nəqliyyat və iqtisadi kommunikasiya xətlərinin açılması məsələsi müzakirə olunacaq. Qeyd edək ki, …
Read More »Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Dekabrın 1-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib. Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı …
Read More »Slovakiya səfirliyi Azərbaycana başsağlığı verib
Slovakiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində paylaşım edilib. “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu qəzada sağ qalanlara tezliklə sağalmağı arzu edirik”, -paylaşımda deyilir. Xatırladaq ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar