Cümə , 10 Aprel 2026

autor

Politoloq: “Zəngəzur koridoru açılmasa Laçın dəhlizini bağlamalıyıq”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında dedikləri həm daxili auditoriyaya hesablanıb, həm də Moskvaya yönələn mesajlardır. Amma onun fikirlərində məntiqsizlik var”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspert vurğulayıb ki, N.Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər reallığa uyğun deyil: “O bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, lakin bu, …

Read More »

Ceyhun Bayramov Finlandiya və Filippinin yeni səfirləri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul edib. C.Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, iki ölkə arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd edib. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olunub Səfir Kristi Narine Azərbaycan Prezidenti ilə çox …

Read More »

Tofiq Zülfüqarov: “Rusiya və Ermənistan arasında böhran daha da dərinləşəcək”

“Biz ümid edirdik ki, Ermənistan müharibədən sonra Azərbaycanla Türkiyə qarşısında normal xarici siyasət yeritməyə başlayacaq. Üstəlik, Rusiyanın da Ermənistanı dəstəkləməyə çox meyilli olmadığını nəzərə almaq lazımdır. Ancaq baş verənlər rəsmi İrəvanın qarşıdurma yolunu seçdiyini göstərir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə …

Read More »

Türkiyənin keçmiş daxili işlər naziri vəfat edib

Türkiyənin keçmiş daxili işlər naziri Hasan Fehmi Güneş vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, 87 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Hasan Fehmi Güneş 1934-cü ildə Türkiyənin Adapazarı bölgəsində anadan olub. O, 1975-1980-ci illərdə Türkiyənin daxili işlər naziri olub. Cümhurriyyət Xalq Partiyasından dəfələrlə millət vəkili seçilib.

Read More »

Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığa dair müzakirə aparılıb

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsiMixail Şvıdkoyvə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ikitərəfli əməkdaşlığın aktivləşdirilməsini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, jurnalistlərlə söhbətində Mixail Şvıdkoy Bakıdakı danışıqlar zamanı pandemiyaya baxmayaraq əlaqələrin aktivləşdirilməsi imkanlarının müzakirə olunduğunu bildirib. O deyib ki, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə elan edilmiş “Nizami ili” çərçivəsində bu gün Bakıda keçirilən “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” …

Read More »

Gənclər Təşkilatı qazilərə psixoloji dəstək aksiyaları keçirib

Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağdam və Bərdə şəhərlərində qazilərə psixoloji dəstək aksiyaları keçirib. Boyukmillet.com xəbər verir ki, Ağdamda tədbir rayonun işğaldan azad olunmasının birinci ildönümü münasibətilə təşkil edilib. Təşkilatın sədri Mərziyyə Aslan deyib ki, aksiya zamanı Vətən müharibəsində iştirak etmiş 20 nəfər qaziyə psixoloji və sosial yardım göstərilib. Bərdə şəhərində isə 20 qazi psixoloji dəstək …

Read More »

Zaqatala bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb

Zaqatala bələdiyyəsinin sabiq sədrinə cinayət işi başlanılıb. Bu barədə  rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub. Aparılan araşdırmalarla bələdiyyənin sabiq sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala …

Read More »

İİTKM: “Zəngəzur koridorunun açılması Belçika və Azərbaycanın maraqlarına xidmət edəcək”

Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından ərazilərin yenidən qurulması, Zəngəzur koridorunun açılması ilə Cənubi Qafqaz regionunun həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması sahəsində Belçikadan olan tərəfdaşlarla əməkdaşlığın qurulmasının hər iki ölkənin maraqlarına xidmət edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Belçika Krallığının ölkəmizdə yeni …

Read More »

Noyabrın 16-da sərhəddə şəhid olan hərbçilərin ailə üzvlərinə sosial ödənişlər təyin edilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin əməkdaşları şəhidlərimiz – leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik …

Read More »