Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində şəhid …
Read More »İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Vətən müharibəsi iştirakçılarına yeni güzəştlərin edilməsini nəzərdə tutan layihə II oxunuşdan keçdi
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi şəhidləri ilə yanaşı, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilir. Eyni zamanda, banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə …
Read More »Milli Məclisin iclası başlayıb, büdcə zərfinə daxil olan layihələr müzakirə olunur
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrlik etdiyi toplantının gündəliyinə 21 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş). 2. “Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş). 3. “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş). 4. …
Read More »Amnistiya Aktının əsasən hansı cinayətləri törədən şəxslərə tətbiq edildiyi açıqlanıb
“Cinayətlərin növlərinə gəldikdə gözlənildiyi kimi, mülkiyyət əleyhinə olan və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum edilən şəxslər azad edilən şəxslərin yarısından çoxdur. Bunlardan sonra Amnistiya Aktı əsasən hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə və həyat və sağlamlıq əleyhinə olan cinayətlər törədən şəxslərə tətbiq edilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən …
Read More »Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir
Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb. Boyukmillet.com xəbər verir ki, Forumda mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad …
Read More »Milli Məclis gələn ilin ehtiyac meyarını II oxunuşda qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib. Layihə II oxunuşda təsdiqlənib.
Read More »Baş Prokurorluq: “İndiyədək Amnistiya Aktı 1 500-ə yaxın məhkuma şamil olunub”
“Aparılan təhlillərə əsasən, Amnistiya Aktı artıq 1 500-ə yaxın məhkum barəsində tətbiq edilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib. O bildirib ki, təqdim olunan statistik rəqəmlər növbəti gün və aylarda dəyişəcək: “Mövcud vəziyyətə əsasən, Amnistiya Aktının tətbiq olunduğu şəxslərin 70 faizi cəzaçəkmə müəssisələrinin, o cümlədən 18 …
Read More »Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək. Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Q.Paşayeva TÜRKSOY xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubiley mərasimində iştirak edəcək. Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs ediləcək, onun ədəbi irsindən nümunələr səsləndiriləcək. Q.Paşayeva, …
Read More »ABŞ-la “Taliban” arasında gələn həftə məsləhətləşmələr başlayır
ABŞ Dövlət Departamenti gələn həftə “Taliban”la terrorla mübarizə mövzusunda məsləhətləşmələrə başlayacağını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib. Prays deyib ki, Əfqanıstan üzrə xüsusi elçi Tom Uest “Taliban” liderləri ilə iki həftəlik görüş üçün Dohaya gedəcək. Danışıqlara ABŞ vətəndaşları və xüsusi öhdəliklərimiz olan əfqanlar üçün təhlükəsiz səyahət, həmçinin humanitar yardım məsələləri daxildir. Qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar