Cümə , 10 Aprel 2026

autor

Azay Quliyevdən erməni deputata cavab: “Bunlar artıq ikrah və gülüş doğurur”

Noyabrın 3-də ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) payız sessiyası Daimi Komitənin iclasının keçirilməsi ilə işə başlayıb. İclasda Milli Məclis nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib. Toplantıda ATƏT PA-nın prezidenti, Baş katibi və xəzinədarının hesabatları təqdim edilib və təşkilatın gələcək fəaliyyəti haqda fikir mübadiləsi aparılıb. Daimi komitənin iclasında cari beynəlxalq siyasi məsələlərin …

Read More »

Məktəblərdə təhsilin vəziyyəti göz önündədir – QHT SƏDRİ

Mətanət Əsgərqızı: “Bu sahə ilə işləyən QHT- lər də belə məsələlərə daha çox diqqət yetirib işlərini qursalar, erkən nikah məsələlərində…” Bizim cəmiyyətdə diqqət çəkən problemlərdən biri də erkən nikahlarla bağlıdır.  Cəmiyyətimizdə erkən nikaha meylin qarşısının alınması vacib məsələlərdən biri olsa da, təəssüflər olsun ki, bu hal get-gedə genişlənir. Erkən nikahlara  qarşı mübarizə tədbirlərində vətəndaş cəmiyyəti institutunun təmsilçilərinin, sosioloq və psixoloqların …

Read More »

Sahibkar Bakıda oksigen zavodunun reyder tərəfindən ələ keçirmək istədiyini bildirir – PANDEMİYANIN QIZĞIN VAXTINDA

Pandemiya ondan öz məqsədləri üçün istifadə edən fırıldaqçılar kimi qorxulu deyil… “Chinar-Servis” İstehsalat-Kommersiya Firmasının (İKF) rəhbəri İlyas Sadıxovun redaksiyamıza daxil olan müraciətini və onun yardım çağırışını oxuyanda adam məhz bu qənaətə gəlir. Onun oksigen istehsalı üzrə zavodu Azərbaycan bazarında 1995-ci ildən təmsil olunur. Pandemiya zamanı İ.Sadıqovun biznesi minlərlə insanın həyatını xilas edib, lakin, necə deyərlər, taleyin hökmü ilə yüksək dairələrlə …

Read More »

Azərbaycan Prezidenti İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunulub, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirilib. Vurğulanıb ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir. Söhbət …

Read More »

İlham Əliyev Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenkonu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulanıb. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirilib. Söhbət zamanı tədbir iştirakçıları arasında …

Read More »

Ceyhun Bayramov Azərbaycanın qarşısında duran əsas məsələni açıqlayıb

“Bu gün Azərbaycan dövləti qarşısında duran əsas məsələ keçmişdə işğal altında olmuş ərazilərin bərpası, onların yenidən qurulması, uzun illər ərzində həmin ərazilərdə yaşayan əhalinin ləyaqətli, təhlükəsiz qayıdışının təmin edilməsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bununla bağlı dövlət tərəfindən nəhəng işlər görülür: “Bu gün Bakıda keçirilən humanitar forumda iştirakçılarla …

Read More »

Vətən müharibəsində ermənilərin Mingəçevirdə dağıtdığı evlər bərpa olunur

Vətən müharibəsində erməni silahlı terrorçuları tərəfindən Mingəçevirin raket atəşinə tutulması dağılan evlər bərpa olunur. Boyukmillet.com xəbər verir ki, ötən il Vətən müharibəsi zamanı ermənilərin Mingəçevir şəhərini ağır artilleriya qurğularından və raket komplekslərindən atəşə tutması nəticəsində raketlərdən biri, Tingçilik sovxozundakı təzə məhlələr adlanan əraziyə düşüb. Raketin partlaması nəticəsində Vüqar Cəfərova məxsus fərdi yaşayış evidə ziyan görüb. V.Cəfərovun sözlərinə görə, partlayışın baş …

Read More »

Azərbaycanın XİN başçısı Ermənistana çağırış edib

“Azərbaycan müharibədə qalib gələn ölkə olaraq, müharibə başa çatandan sonra öz xoş niyyətini göstərərək, birtərəfli müsbət addımlar atıb”. Boyukmillet.com xəbər verir, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, humanitar yüklərin Azərbaycan ərazisinə daxil olması, 2020-ci ilin qış aylarında Ermənistana Azərbaycan qaz nəqliyyat sistemi vasitəsilə Rusiyadan qazın verilməsi, avtomobil yolunun Ermənistan tərəfindən istifadə edilməsi Azərbaycan tərəfindən atılan müsbət …

Read More »

Kambocanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Kamboca Xalq Partiyasının sədri Kamboca Krallığının Baş naziri Hun Sen Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir:“Kamboca Xalq Partiyası adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası və Azərbaycan davamlı şəkildə …

Read More »

Hikmət Hacıyev: “Rəsmi Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir”

“Azərbaycan 3+3 regional əməkdaşlıq formatının yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib. Onun sözlərinə görə, bu format regionda bundan sonrakı əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir: “Hazırda bununla bağlı diplomatik kanallarla təmaslar yürüdülür. Bütövlükdə, Azərbaycan bu prosesi dəstəkləyir. Həmin format …

Read More »