Cümə , 10 Aprel 2026

autor

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, …

Read More »

“Əkinçi”nin 100 yaşlı varisi – “Şərq qapısı” qəzeti

Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şərq qapısı” qəzetinin 100 illik yubileyinə həsr olunmuş “Əkinçi”nin 100 yaşlı varisi” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva muxtar respublikada kütləvi informasiya vasitələrinə yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin …

Read More »

Türkiyə lideri: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”

“Türkiyə regionda davamlı sülhün və normal münasibətlərin qurulmasının tərəfdarıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolu xətləri sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün də iqtisadi-ticari imkanlar yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər …

Read More »

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə …

Read More »

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşımlar edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün tviterdəki səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Zəngilan rayonunun Ağalı kəndində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub”. Birinci vitse-prezident həmçinin Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları ilə bağlı paylaşım edib.

Read More »

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola salıb.

Read More »

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki səhifəsində Azərbaycanla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, o, Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri sosial şəbəkədəki hesabında paylaşıb. “Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün …

Read More »

Ağdərə istiqamətində vurulmuş Mİ8 Helikopterinin pilotu Ruslan Polovinkanın ailə üzvləri ilə görüş keçirilmişdir

Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov Azərbaycanın Milli Qəhramanı 1992-ci ildə Ağdərə üzərində vurulan Mi8 helikopterinin pilotu şəhid Ruslan Polovinkanın Zmiev şəhərində ailə üzvlərini ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Fəxri Konsul Əfqan Salmanov Milli Qəhraman Ruslan Polovinkanın ailə üzvlərinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma işləri barədə məlumat …

Read More »

İlham Əliyev və Ərdoğan Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda səfərdə olublar. Boyukmillet.com -un xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Read More »