Cümə axşamı , 9 Aprel 2026

autor

Kəlbəcərdə 11 erməni əsgər nəyə “qurban” verildi?

Kəlbəcərdə baş verən hadisələr çoxlu suallar doğurur. Əvvəlcə Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri məlumat verdilər ki, Kəlbəcərdə atışma baş verib, amma bununla bağlı nə Rusiya sülhməramlıları, nə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən reaksiya gəldi. Bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, hesab etmək olardı ki, kiməsə sadəcə növbəti dəfə mediada münaqişəsini aktuallaşdırmaq üçün bir informasiya …

Read More »

Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb

Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. Boyukmillet.com xəbər verir ki, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildiriblər ki, artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən …

Read More »

Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəyə rəsmi səfəri çərçivəsində Serbiya xarici işlər naziri Nikola Selakoviçi qəbul edib. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı XİN başçısı ilə Nikola Selakoviç arasında təkbətək görüş keçirilir.

Read More »

II Abdulla: İran İordaniyaya hücum edib

İranın pilotsuz uçan aparatları İordaniyaya hücum edib. Boyukmillet.com xəbər verir ki, bunu CNN-ə müsahibəsində İordaniya kralı II Abdulla deyib. Onun sözlərinə görə, bu, Tehranın regiondakı fəaliyyəti ilə əlaqədardır: “İordaniya hər zaman dialoqu dəstəkləyir, amma bizim regionda çox məsələlərlə bağlı qanuni narahatlığımız var. Amerikalıların bunu iranlılarla müzakirə edəcəyinə ümid edirəm”. O, İranın nüvə proqramının İsraillə bərabər, Fars körfəzinə də toxunduğunu bildirib. …

Read More »

Ermənilər təşvişdə: Bakı Fransada artıq dəstək qazanır

Fransada yaşayan ermənilər Azərbaycan təşkilatlarının aktivləşməyə başlamasından narahatdırlar. Boyukmillet.com xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni jurnalist Tiqran Yekavyan deyib. “Azərbaycan Fransaya tələbələr göndərərək və Bakıdakı fransız dilində təhsili genişləndirərək, yeni fransızdilli elita hazırlayır. Orada artıq fransız universiteti var və lisey yaradılması planları da mövcuddur”, – deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini Fransadakı bütün tərəflərə çatdırmaq istəyir. …

Read More »

İran qaynayır: cana doymuş yoxsullar və haqqını tələb edən millətlər rejimə qarşı

“Azərbaycanlılar – ölkənin üçdə biri Ermənistana hərbi təchizata qəzəblidir, Sistan və Bəlucistan əhalisi yoxsulluğa və cənubdakı yerli qaçaqmalçı tacirlərin edamına etiraz edir, digərlər etirazçılar da Xuzistan ərəblərinə qoşulurlar” İranda son günlər gərginlik yaşanır. Cənubdakı Əhvazdan şimaldakı Təbrizə qədər etirazlar səngimir, əksinə, coğrafiyası genişlənir, etnik komponent də (ərəblərdən Azərbaycan türklərinə qədər) əlavə olunur. Tehranda da insanlar toplanır və Ali dini liderə …

Read More »

Prezident Eldar Quliyevlə bağlı sərəncam İMZALADI

Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. E. Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Eldar Quliyev Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədridir.

Read More »

ÇEVRİLİŞ: Müsəlman ölkəsi qarışdı – Prezidentdən GÖZLƏNİLMƏZ MÜRACİƏT

Tunisin keçmiş prezidenti Munsif əl-Mərzuki hazırki dövlət başçısı Kais Səidin hökumətə qarşı addımlarını “çevriliş” adlandırıb. Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, Türkiyədə olduğu kimi Tunis xalqı da bu çevrilişi uğursuzluğa düçar edə bilər. Keçmiş prezident xalqı ayağa qaxlmağa çağırıb. Lakin onun çağırışlarından fərqli olaraq, sakinlər təhlükəsizliyi təmin etmək üçün şəhərlərə cəlb edilən hərbçiləri alqışlarla qarşılayıb. Xatırladaq ki, Kais Səid gecə saatlarında yayımladığı …

Read More »

Numan Kurtulmuş: “Tunisdə baş verən çevriliş qəbuledilməzdir”

“Türkiyə bütün çevrilişlərə qarşıdır. Tunisdə baş verən çevriliş qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Türk şəhidliyi abidəsinin önündə çıxışı zamanı deyib. O bildirib ki, heç kimin xalqın demokratik istəklərinin yox etməyə haqqı yoxdur: “Türkiyənin bu istiqamətdə duruşu bəllidir. Bu, insanlıq cinayətidir”.

Read More »

AKP sədrinin I müavini: “Ermənistan problemləri həll etmək üçün digər ölkələrdən kömək istəmək fikrindən əl çəkməlidir”

“Ermənistan problemləri həll etmək üçün digər ölkələrdən kömək istəmək fikrindən əl çəkməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Türk şəhidliyi abidəsinin önündə çıxışı zamanı deyib. O bildirib ki, problemləri danışaraq həll etmək lazımdır: “Digər ölkələrdən yardım istəmək erməni xalqına heç bir faydası olmaz”.

Read More »