Şəki Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş Rayon Şöbəsinin vəzifəli şəxsləri – Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Məharət Əhmədov və Qaraş Şahmuradovun hər birinə 8 il müddətinə azadlıqdan …
Read More »Böyük Britaniya Azərbaycan Ordusunun zabitini təltif edib – FOTO
Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalov Böyük Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə diplomu ilə başa vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında bildirilib. “Zabit Murtuz Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” mükafatına layiq görülüb. Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini britaniyalı həmkarları ilə birlikdə …
Read More »Qarabağda aparılan minatəmizləmə işləri Meksika mətbuatında – FOTO
Meksikanın aparıcı mətbu orqanlarından olan “Reforma” və “Excelsior” qəzetlərində səfir Məmməd Talıbovla müsahibələr əsasında işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub. Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib. “Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir” və “Yenidənqurma planı həyata keçirilir” başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda Azərbaycanın öz ərazilərinin …
Read More »Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı
Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, şəxsi tvitter hesabında bildirib. Məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq. Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. Qeyd edək …
Read More »Daha doqquz erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib
Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hərbi qulluqçulardan yeddisinin meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Daha iki meyitin qalıqlarını Azərbaycan tərəfi Talış kəndi istiqamətində aşkarlayaraq təhvil verib. Ermənistanda müharibə vaxtı həlak olmuş hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla da Qarabağda …
Read More »Azərbaycanda koronavirusa yoluxanların sayı 3 000-ə yaxınlaşıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3 811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.
Read More »Prezidentin köməkçisi vətəndaşlara çağırış etdi
“Artıq Azərbaycanda 1 milyondan çox peyvənd vurulub”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O, vətəndaşları peyvəndlənməyə çağırıb: “Heç bir ciddi fəsad müşahidə edilməyib. Özünüzü və əzizlərinizi qorumağın, normal həyata qayıtmağın yeganə yolu peyvədlənmədir!”.
Read More »Koçaryan Paşinyanı məhkəməyə verib
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Məhkəmə Sistemi yayıb. Robert Koçaryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlı iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir. Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya …
Read More »Türk Şurasının nümayəndə heyəti Ağdam və Gəncəyə səfər edəcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər. Boyukmillet.com xəbər verir ki, aprelin 11-də baş tutacaq səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edəcəklər. Səfərdə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti …
Read More »Bakı metrosunda gediş haqqı ilə bağlı yenilik olacaq
“Bakı Metropoliten” QSC-də mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənilməsi istiqamətində işlər aparılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a qurumdan bildirilib. “Bununla belə, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hər hansı əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq”, – deyə səhmdar cəmiyyətindən qeyd olunub. Xatırladaq ki, bir çox ölkələrdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar