ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib. Boyukmillet.com xəbər verir ki, şəhərin meri xanım Coy Kuper tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır. Sənəddə qeyd edilir ki, “Human …
Read More »Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyasının fevralın 23-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, toplantının gündəliyə 22 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında. …
Read More »Vilayət Eyvazov Sadiq Gözəlovu təltif etdi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı direktoru, DİN-in Mətbuat Xidmətinin keçmiş rəisi təqüddə olan polis polkovniki Sadiq Gözəlovu qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq, gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib. Daha sonra …
Read More »Zəngilanın Birinci Alıbəyli kəndindən görüntülər
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Birinci Alıbəyli kəndindən videogörüntülər yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »“Eurasia Review”: Postmüharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək FOTO
“Eurasia Review” nəşrində “Postmüharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək” sərlövhəli məqalə dərc olunub. Boyukmillet.com xəbər verir ki, politoloq Şəbnəm Həsənovanın müəllifi olduğu məqalə 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanatın hərbi əməliyyatları başa çatdırmaq və bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq qurmağa qərar verən fundamental sənəd olması ilə yanaşı, bölgədəki …
Read More »Ərdoğanla Əli Əsədov arasında görüş başlayıb
Ankarada səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, tərəflər Türkiyənin Prezident Sarayında bir araya gəliblər. Hazırda görüş davam edir.
Read More »Azərbaycan vətəndaşları Türkiyəyə bu sənədlərlə gedə biləcək – SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sənəddə Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı …
Read More »Korona ilə mübarizənin 10 vacib qaydası – Sağalan jurnalist yazır
Pandemiyanın ilk günlərindən özümü gözləməyimə baxmayaq, kiçik bir ehtiyatsızlıqdan koronavirusa yaxalandım. Səbəbi isə COVİD-19 olan qohumumun “soyuqlamışam” nağılına inanaraq, onunla nərd oynamağım oldu. Nərdə mən ona qalib gəldim, xəstəlikdə isə koraonavirus. Yəni, birinci raundu uddu… Elə birinci qayda da budur. Hər bir kəsə real və potensial xəstəlik daşıyıcı kimi yanaşın. Maska taxmayanlardan, xüsusilə də bununla az qala “fəxr edən” “adamçığazlar”dan …
Read More »Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb – EKSKLÜZİV
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb. Boyukmillet.com səfər fevralın 19-da Bakıda keçirilməli olan Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşündə iştirak məqsədilə həyata keçiriləcəkdi. Lakin iclas Gürcüstan hökumətinin istefası səbəbindən təxirə salınıb.
Read More »Ombudsman Aparatı: Sarkisyanın dedikləri əsasında Ermənistana sanksiyalar tətbiq edilməlidir
“Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Armnews” kanalına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıqlarını açıq şəkildə etiraf edib. Eyni zamanda, S.Sarkisyan öz müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin İskəndər əməliyyat-taktiki ballistik raket sistemindən istifadə etməsi məsələsinə toxunub və bu silahın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar