Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Gənclərin dayanıqlı inkişafda rolu

“Azərbaycan  tarixi, geostrateji mövqeyi və dinamik inkişafı ilə qlobal arenaya mühüm töhfə verməkdədir. Budur ki, ölkəmizin dayanıqlı inkişaf məqsədlərinin uğurlu icrasında daim ön sıralarda olması təsadüfi deyil”.  Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib. Deputat qeyd edib ki, “Dayanıqlı İnkişaf Məqsədləri indeksi” üzrə göstəricilərə əsasən ölkəmiz 166 ölkə sırasında 54-cü, Cənubi Qafqaz regionunda isə ilk sıradadır. BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı …

Read More »

Hikmət Hacıyev: “Azərbaycanın yeni təklifi 120-yə yaxın ölkənin mövqeyi olacaq”

“Peyvənd məsələsində bərabər və hamı üçün eyni yanaşma olmalıdır. Peyvəndin hazırlama texnologiyasının paylaşılması ilə bağlı təklif irəli sürülüb”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, bəzi ölkələr bununla bağlı Ümumdünya Səhiyyə …

Read More »

Vüqar Səfərli YAP-dan qovuldu

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. Boyukmillet.com  Unikal.org-a istinadən xəbər verir ki, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb. Qeyd edək ki, V.Səfərli və Portos MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş …

Read More »

İSBAM sədri Samir Adıgözəlli Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb – FOTO 

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Qazaxıstanın Azərbaycandakı səfiri Serzhan Abdykarımov ile görüşüb. Bu barədə “Boyukmillet.com-a məlumat verən S.Adıgözəlli bildirdi ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud əlaqələr barədə geniş müzakirələr aparılıb. “İki dövlət arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı barədə müzakirələr apardıq. Görüşdə, həmçinin, Azərbaycan və Qazaxıstanın ictimai təşkilat və birliklərinin, vətəndaş cəmiyyətinin bu məsələdə …

Read More »

ABŞ- ın Qarada şəhid olan Türk vətəndaşlarına görə rəsmi Ankaraya başsağlığı verirsə… – Araşdırmaçı yazar

“Bu gün artıq Türkiyənin regionda artan gücünü görmək üçün çox da üstün zəkaya sahib olmağa ehtiyac yoxdur. Bütün beynəlxalq və regional lahiyələr Türkiyənin razılığı olmadan demək olar ki, həyata keçirilmir. Hər nə qədər hal – hazırda Tramp dönəmindən qalma problemlərdən dolayı iki ölkə arasındakı münasibətlər müəyyən qədər soyuq olsa da, yeni dönəm üçün Türkiyə – ABŞ münasibətlərindəki buzları qırmağa hər …

Read More »

Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir – Prezident

Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Boyukmillet.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olarkən deyib. “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan …

Read More »

Bu tibbi xidmətlərə görə sizdən pul alınmayacaq – RƏSMİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırda icbari tibbi sığorta ölkənin 59 şəhər və rayonunda tətbiq edilir. Həmin ərazilərdə rəsmi qeydiyyatda olan sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin …

Read More »

Prezident Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu

Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Boyukmillet.com xəbər verir ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyətinin olduqca böyük olduğu barədə məlumat verilib. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir …

Read More »

“Rusiya Qarabağa ağır silahlar yerləşdirə bilər” – Politoloqdan ŞOK AÇIQLAMA

“Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr Bəyannaməsinə əsasən Dağlıq Qarabağa yeridilən Rusiyanın sülhməramlı qüvvələri üç ay ərzində öz mandatından kənar fəaliyyətlə məşğuldur. Bəli, mandatından kənar dedikdə, sülhməramlı qüvvələrin beynəlxalaq mandatı yoxdur, bu gün sülhmərmalı kimi deyil, real Rusiyanın peşəkar döyüşçülərindən ibarət bir hərbi birləşməsi kimi fəaliyyət göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, …

Read More »

İlham Əliyev və birinci xanım Zəngilanda çinar ağacları əkdilər – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Boyukmillet.com xəbər verir ki,səfər zamanı Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilanda Bəsitçay dövlət təbiət qoruğunda çinar ağacları əkiblər.

Read More »