Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları əməliyyat keçirib, külli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş K.Kazımov Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilib. …
Read More »Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub, ölən var
Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binada yanğın olub. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı Qubadlı rayonundan olan məcburi köçkün, 1972-ci il təvəllüdlü Məzahir Nuşirəvan oğlu Əhmədov yanaraq ölüb. İçki düşkünü olduğu deyilən M.Əhmədovun binanın mansarında yaşadığı və hadisə zamanı yatdığı üçün ölüb. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin …
Read More »Naxçıvanda Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com NUHÇIXAN İnformasiya Agentliyinə istinadən bildirir ki, sərəncamda deyilir: “2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat …
Read More »Bakıda mənzildə 72 yaşlı kişinin meyiti tapılıb
Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Nazirlikdən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 7 nəfər xilas …
Read More »“ASAN xidmət”in mərkəz direktoru vəzifəsindən azad edilib – EKSKLÜZİV
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır. Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor …
Read More »Rusiya sülhməramlıları Kəlbəcərə tikinti materiallarının göndərilməsini təmin edib
Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin KamAZ markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolonnası Kəlbəcər rayonuna …
Read More »Sabirabadda nişan məclisi təşkil edənlər cərimələndi
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini R.İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib. Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar …
Read More »Vəzifədən çıxarılan məmır qudalar: Eks-nazirlər, sabiq deputatlar…
Eks-məmurlar medianın, sosial şəbəkələrin gündəmindən düşmür. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun korrupsiya cinayətlətinə görə həbsindən sonra vaxilə yüksək vəzifələr tutmuş digər sabiqlərin də istintaqa çağırıldığına dair məlumatlar yayılır. İndi ictimaiyyət arasında gedən müzakirələrdə hamı bu suala cavab axtarır: korrupsiya ipindəki növbəti düyün hansı eks-məmur olacaq? Sabiq məmurlardan söz düşmüşkən, onların bəzilərini bir-birinə həm də qohumluq telləri …
Read More »Milli Qəhrəman Mübariz İbrahimovun xarirəsi yad edildi
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və …
Read More »Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimindən görüntülər – VİDEO
Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir. Təlim çərçivəsində Türkiyə və Azərbaycan ordusunun Qarsda təlim keçən hərbiçilərinə havada və məsafədən atlanma üzrə təlim keçilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimə aid Türkiyə MN-nin Twıtter səhifəsində yer alan videogörüntü “Qartal kimi göydə süzür, aslanlar kimi yerdə kükrəyir, bir dastandır könüllərdə” …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar