Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Türkiyə Azərbaycana 10 minaaxtaran it hədiyyə edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 3-29 yanvar tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və …

Read More »

Dünyada COVID-19-a qarşı peyvənd olunanların sayı yoluxanları üstələyib

Dünyada insanlara 104 milyondan çox doza koronavirusa qarşı peyvənd vurulub ki, bu da pandemiyanın başlanğıcından bəri COVID-19-a yoluxanların ümumi sayından çoxdur. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Bloomberg” agentliyinin hökumət saytlarından, mətbuat konfranslarından, açıq bəyanatlardan və agentliyə verilən müsahibələrdən əldə etdiyi məlumatlar əsasında apardığı hesablamada görmək olar. Agentliyin məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 103,8 milyondan çox insan koronavirusa yoluxub. ABŞ-da yoluxanların …

Read More »

Hulusi Akar Macarıstana səfərə gedib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Macarıstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, onu paytaxt Budapeştin hava limanında Macarıstan müdafiə naziri Tibor Benko qarşılayıb. Nazirlər ilk növbədə paytaxtdakı Türk Şəhidliyini ziyarət ediblər. Buradakı anım mərasimində Hulusi Akar, daha sonra isə Tibor Benko Birinci Dünya müharibəsi Qalisiya cəbhəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar. Daha sonra …

Read More »

Rusiyanın iki şəhərindən Qəbələyə uçuşlar başlayır

Rusiyanın “Azur Air” şirkəti paytaxt Moskvadan və Sankt-Peterburq şəhərindən Azərbaycanın Qəbələ şəhərinə uçuşların həyata keçirilməsinə dair razılıq əldə edib. Boyukmillet.com  bu barədə “İnterfaks” agentliyinə istinadən xəbər verir. Məlumata görə, aviareyslər bu aydan yerinə yetirilməlidir. Xatırladaq ki, “Azur Air” uçuşlara 2014-cü ildən başlayıb.

Read More »

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib. Boyukmillet.com  xəbər verir ki, Mark Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin digər icmalarla …

Read More »

Xalq artisti Rəmişin səhhəti ilə bağlı son durum açıqlanıb

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Bunu  açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib. O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”. G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Xatırladaq ki, səhhətində …

Read More »

Türkiyə vətəndaşlarının Gürcüstana daxil olması asanlaşdırılır

Gürcüstan hökuməti Türkiyə vətəndaşlarının ölkəyə daxilolma rejimini sadələşdirir. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib. Onun sözlərinə görə, Türkiyədən Gürcüstana səfər edəcək şəxslər “PCR” testinin mənfi nəticəsini təqdim edərək ölkəyə daxil ola biləcəklər və üç gündən sonra təkrar test verməli olacaqlar. Nazir həmçinin qeyd edib ki, digər ölkələrdən də Gürcüstana giriş rejiminin asanlaşdırılması məsələsi nəzərdən …

Read More »

Tbilisidə silahlı şəxslər supermarketə basqın edib

Tbilisidə iki silahlı şəxs Çitaya küçəsində yerləşən “Spar” supermarketinə basqın edib. Boyukmillet.com xəbər verir ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində qarətçilər həbs olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı istintaqa başlanılıb.

Read More »