20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub. Həzi Aslanov …
Read More »ÜST COVID-19-un yeni mutasiyalarının yayılması ilə bağlı vəziyyəti qiymətləndirib
Koronavirusun Britaniya ştammı artıq 60 ölkə və ərazidə aşkar edilib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik hesabatında bildirib. “12 yanvar tarixindəki son yeniləmədən bu yana daha 10 ölkədə/ərazidə VOC-202012/01 mutasiyası aşkar edilib. Bu günə qədər ÜST-nin altı bölgəsində 60 ölkə bu ştammın aşkar olunduğunu bildirib”, – təşkilatın saytında dərc olunan sənəddə deyilir. ÜST həmçinin ilk …
Read More »Gürcüstanın səfiri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, onlar Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri qoyublar. “Bu gün – yanvarın 20-də Azərbaycan xalqının yaxın tarixinin ən faciəli tarixlərindən biri qeyd olundu. 9 aprel 1989-cu …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. …
Read More »Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı
Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib. A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə …
Read More »Donald Tramp yeni siyasi partiya yaradır
ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp son zamanlar öz tərəfdarları ilə yeni siyasi partiyanın yaradılması imkanlarını müzakirə edib. Boyukmillet.com-un məlumatlna görə, bu barədə “The Wall Street Journal” qəzeti bildirib. Məlumata görə, dövlət başçısı siyasi təşkilatını Vətənpərvərlik Partiyası adlandırmaq istəyir. Qəzet yeni partiyanın yaradılması üçün ciddi investisiyaların tələb olunacağını qeyd edib. Eyni zamanda Trampın çoxlu sayda tərəfdarı var, bəziləri iqtidara gəlməzdən əvvəl Respublikaçılar …
Read More »Baş Konsulluq Qara Yanvar faciəsinə dair film hazırlayıb
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb. Baş Konsulluqdan bildirilib ki, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir. Bütün bunların və Ermənistanın eyni zamanda ölkəmizə qarşı ərazi iddiaları qaldırmasının …
Read More »Mehriban Əliyeva “Instagram”da 20 Yanvarla bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Read More »XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin …
Read More »Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında PKK-nın Suriya qanadı YPG-nin üç terrorçusunu məhv edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib. Qeyd edilir ki, silahlılar “Barış pınarı” əməliyyatının keçirilməsi zonasına girməyə çalışıblar. “Bizim qəhrəman komandomuz PKK/YPG terrorçularının “Barış pınarı” əməliyyatının keçirilməsi zonasına keçməsinin daha bir cəhdinin qarşısını aldı. PKK/YPG-nin sülh və əmin-amanlığı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar