Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, hazırda təxliyə olunan şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır. Vətəndaşların koronavirusla bağlı testləri neqativ nəticələnib. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı təxliyə olunanlara COVID-19 arayışı təqdim edəndən sonra onlar növbəli şəkildə sərhəd-keçid məntəqəsini keçəcəklər. Həmin şəxslərin Azərbaycanda xüsusi karantin rejimində yaşadıqları yerə çatmaq üçün bir günlük …
Read More »Mehriban Əliyeva Şuşaya səfərlə bağlı yeni paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı yeni paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: Qeyd edək ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan Şuşa şəhərinə səfərə yola düşüblər. https://www.instagram.com/p/CKDoD5CA_7l/?igshid=zyypkl0gry01
Read More »Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya yola düşüblər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Şuşa şəhərinə səfərə yola düşüblər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı M.Əliyeva rəsmi “İnstagram” səhifəsində video paylaşım edib. “Səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəri”, – Prezident İlham Əliyev bildirib.
Read More »Paşinyanın ailəsi Moskvada qalmaqalla üzləşərək təhqir edildi
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı bildirib. Qeyd edilir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub. Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar və Anna Akopyanı, qızları Şuşan və Marianı təhqiredici “satqınlar” ifadəsi ilə …
Read More »Ermənilərin ərazilərimizdə basdırdıqları hərbi sursatlar, minalar aşkarlandı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub. ANAMA-dan bildirilib ki, daxil olmuş 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə …
Read More »Azərbaycana YUNESKO üzvlüyündə qalmaq, haqq ödəmək lazımdırmı… Aydın Quliyev yazır
İslam dünyasının ən böyük mədəniyyət təşkilatı olan İSESKO-nun Azərbaycana göstərdiyi davamlı həssaslıqlardan sonra BMT-nın oxşar təmayüllü xüsusi təşkilatı sayılan YUNESKO-nun Azərbaycana davamlı qeyri-dəqiq siyasətinin ayrı-ayrı məqamlarına bir daha baxmaq lazım gəlir. Bu günlərdə işğaldan azad edilmiş ərazilərimizə səfər edən və Prezident İlham Əliyevlə görüşən İSESKO-nun davranışları hara, əslində ermənipərəst mövqe tutan YUNESKO-nun siyasəti hara… Bu gün YUNESKO ilə Azərbaycanın münasibətlərində …
Read More »Paşinyanın mənasız israrı: Qarabağın statusu və əsirlər məsələsi artıq yoxdur
Xəbər verdiyimiz kimi, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirilib. 4 saat davam edən görüşün nəticəsi olaraq, 4 bənddən ibarət bəyanat imzalanıb və sonra liderlər mətbuata bəyanatla çıxış ediblər. Lakin görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı və imzalanan bəyanat həm Azərbaycan, həm də Ermənistan …
Read More »Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
“Mediaport” teleqram kanalı Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın iki qızı və mühafizə xidmətinin çoxsaylı əməkdaşlarının müşayiəti ilə Moskva aeroportundan çıxmasına dair videomaterial yayıb. Bu barədə Boyukmillet.com “News.am”a istinadən xəbər verir. Daha əvvəl mənbə bildirib ki, Paşinyan ailəsinin üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizli şəkildə Moskvaya gəliblər. Moskvadakı mənbə “News.am”a bildirib ki, baş nazirin ailəsi Rusiya paytaxtına mənzil …
Read More »Ərdoğan COVID-19-a qarşı peyvənd edilib
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvəndlənəcək. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı Ankara Şəhər Xəstəxanasında aşılanacaq. Xatırladaq ki, ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca da koronavirusa qarşı peyvəndlənib.
Read More »SEPAH-ın daha bir generalı Suriyada öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının generalı Azad Həsən Dahan Suriyada öldürülüb. Boyukmillet.com xəbər verir ki, generala naməlum şəxslər tərəfindən hücum edilib. Hücum nəticəsində general və onu müşayiət edən iki köməkçi qətlə yetirilib. Suriya mediasının iddiasına görə, İran generalı İŞİD tərəfindən öldürülüb. Bununla belə hücumun İsrail və ABŞ xüsusi təyinatlıları tərəfindən gerçəkləşdirilə biləcəyi də iddia edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar