Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, ölkə müxalifətinin bəzi fəalları hökumət başçısının Moskvaya səfərinə mane olmağa çalışıb. Məlumata görə, etirazçılar “Zvartnots” hava limanına gedən yolu bağlayaraq müxtəlif şüarlar səsləndiriblər. “Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, – …
Read More »Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı
İşğaldan azad edilmiş ərazilərdə daha bir erməni vandalizminin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu dəfə onların işğaldan azad olunmuş Cəbrayıl rayonunda qəbirləri dağıtdıqları məlum olub. Tanınmış jurnalist, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev “Report”a açıqlamasında qeyd edib ki, Cəbrayılın Nüzgar kəndində doğmalarının məzarları dağıdılıb: “Erməni vəhşiliyi nəticəsində əmim, babam və digər doğmalarımın qəbirləri dağıdılıb. Əmim …
Read More »Ermənistan müxalifəti Paşinyanın Moskvaya səfərinə görə yolları bağlayacaq
Ermənistan müxalifətinin bəzi fəalları bu gün baş nazir Nikol Paşinyanın Moksvaya səfərinə mane olmağa çalışacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Vətən” Partiyasının üzvü Arsen Babayan özünün feysbukdakı hesabında bildirib. “Satqının (Nikol Paşinyanın-red) təyyarə ilə Moskvaya uçmasına yol verməmək üçün saat 8:00-da “Zvartnoç” hava limanının yaxınlığında olacam. Vətənimizin itirilməməsi üçün mənə qoşulun”, – Arsen Babayan sosial şəbəkədə yazıb. O, qeyd …
Read More »Bu gün Azərbaycan, Rusiya və Ermənistan Qarabağ üzrə danışıqlar aparacaq
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, danışıqlar Rusiyanın dövlət başçısının təşəbbüsü ilə reallaşacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun …
Read More »Türkiyədə zəlzələ olub
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Qeyd edilir ki, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 22:53-də Ankara əyalətində qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Read More »Rusiya prezidenti İlham Əliyev və Paşinyanla görüş öncəsi müşavirə keçirib
Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib. Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr …
Read More »Fuad Muradov: “Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir”
“Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub: “Bildiyiniz kimi, Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər …
Read More »Londonda “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək
Yanvarın 10-u Bakı vaxtilə saat 21:00-da Böyük Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və “Red Hearts” Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə “Qarabağın Səsi” (“Voice of Karabakh”) adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən …
Read More »Almaniya erməni siyasətçinin qaçqın statusunu ləğv etdi
2015-ci ildən Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi Kevork Almassiyan vətəndaşı olduğu Suriyaya deportasiya ediləcək. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) əldə etdiyi məlumatda deyilir ki, erməni siyasətçinin ölkəni könüllü olaraq tərk etməsi üçün bir ay vaxt verilib. Buna səbəb isə, onun Suriyadakı Bəşər Əsəd rejimini müdafiə etməsi, eyni zamanda ölkənin irqçi siyasəti ilə seçilən Almaniya üçün Alternativ …
Read More »Türkiyə hərbçilərinin Qarabağda minatəmizləmə əməliyyatı davam edir
Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalından azad etdiyi əraziləri minalardan təmizləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində yer alıb. Qeyd edək ki, Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupunda 136 nəfər ərazilərin minalardan təmizlənməsi və eyni zamanda Azərbaycan Ordusundakı mina təmizləyən qruplara təlimlər keçmək üçün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar