Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Boyukmillet com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Read More »Roma Papası koronavirus əleyhinə peyvənd olunacaq
Roma Papası Fransisk gələn həftə koronavirus əleyhinə peyvənd ediləcək. Bu barədə Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir. Məlumata görə, Papa peyvənd edilməyin zəruriliyini bildirib. O, qeyd edib ki, bu, etik nöqteyi-nəzərdən lazımdır. Çünki belə insan yalnız özünü müdafiə etmir, həm də başqasını qoruyur. “Gələn həftə biz burada – Vatikanda vaksinləməyə başlayacağıq və mən yer saxladım. Belə etmək belə lazımdır”, – pontifik …
Read More »Bu gün Qırğızıstanda prezident seçkiləri keçiriləcək
Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə əlaqədar referendum keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a respublikanın seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər. “Növbədənkənar seçkilər istənilən seçici iştirakı ilə, amma referendum 30 faizdən yuxarı vətəndaş fəallığı ilə baş tutmuş sayılacaq”, – MSK üzvü Gülnarə Jurabayeva bildirib. Onun sözlərinə görə, birinci turda məntəqələrə …
Read More »Fatih Dönməz: Türkiyənin Naxçıvanla əlaqələri enerji sahəsində də güclənəcək
“Ötən ilin sonunda Azərbaycan və Türkiyənin energetika nazirləri arasında Naxçıvana təbii qaz boru kəməri ilə bağlı razılaşma əldə edildi. Bununla əlaqədar ərazi qiymətləndirmə layihəsi hazırladıq. İnşallah yaxın bir neçə ayda müqaviləni başa çatdıracağıq və dərhal boru kəmərinin istehsalına başlayacağıq. Bunun inşası üçün 12 ay vaxt planlaşdırılıb. Bu, İqdır şəhərinin strateji əhəmiyyətini artıracaq əhəmiyyətli layihələrdən biridir”. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları …
Read More »“YAŞAT” Fondunun şəxsi heyətinin veteranlardan və şəhid ailələrinin nümayəndərlərindən təşkili təqdirəlayiqdir”
Cəlil Xəlilov: “Bu, şəhid ailələri və veteranlara daha duyarlı münasibəti təmin edəcək” Məlum olduğu kimi, dünən “YAŞAT” Fondunun rəhbərliyi və şəxsi heyəti formalaşıb. Fondun demək olar ki, bütün heyəti müharibə veteranları və şəhid ailələrinin övladlarından təşkil olunub. “YAŞAT” Fondunun bu heyətlə təşkili Fondun veteran və şəhid ailələrinin probleminə daha həssas, daha duyarlı münasibətini təmin edə bilərmi? Moderator.az-a açıqlama verən Respublika …
Read More »Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə!
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib. Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət …
Read More »Ərdoğan ABŞ-dakı iğtişaşlardan danışdı
“Biz bu filmi 18 ildir yüzlər dəfə seyr etmişik. Bu çirkli senarinin aktorlarının belə hadisələrə qəyyumluğunu gördük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 6-da ABŞ-da Konqres binasına hücumu dəyərləndirərkən deyib. “Onların əməllərini Cümhuriyyət mitinqlərində çevriliş çağırışı edərkən gördük. Hamımızın ürəyini dağlayan cinayətlərdən öz məqsədləri üçün istifadə edərkən bunun şahidi olduq. Gəzi hadisələrində (2013-cü ilin mayında İstanbuldakı aksiyaları nəzərdə …
Read More »İran xarici şirkətlərin peyvəndlərinin ölkə sakinləri üzərində test edilməsini qadağan etdi
Xarici şirkətlər artıq koronavirusa qarşı peyvəndlərini İran vətəndaşları üzərində test edə bilməyəcəklər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib. “Xarici şirkətlər İran xalqı üzərində test etmək üçün bizə peyvənd vermək istəyirdi. Ancaq ölkənin Səhiyyə Nazirliyi bunun qarşısını aldı. İnsanlarımız peyvənd istehsal edən şirkətlər üçün test cihazı olmayacaqlar”, – “Reuters” Ruhanidən sitat gətirib. Agentlik prezidentin peyvəndləri qadağan olunan …
Read More »Şuşanın girişində quraşdırılacaq lövhə BELƏ OLACAQ – FOTO
Vətən Müharibəsi zamanı nəticəsində işğaldan azad olunan Şuşa şəhərində quraşdırılması üçün iri ölçülü (iki metrə yaxın hündürlükdə) yazı hazırlanıb. Xüsusi işıq diodları ilə təchiz olunmuş konstruksiya elektrik enerjisinin verilib-verilməməsindən asılı olmadan sutkanın qaranlıq vaxtında da göz oxşayacaq. “AdCo” reklam şirkəti tərəfindən hazırlanan yazının Azərbaycanın mədəniyyət paytaxtında yerləşdirilməsi üçün artıq aidiyyatı qurumlara müraciət olunub və təsdiqini gözləyir. Qeyd edək ki, Prezident …
Read More »Şurnuxuda dövlət sərhədi tövləni iki yerə böldü – FOTO
Zəngəzur bölgəsinin Şurnuxu kəndində Ermənistan vətəndaşına məxsus mal-qara saxlanılan tövlə iki ölkə sərhəddinin tən ortasında yerləşdiyi üçün yarı bölünüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan bildirib. Onun sözlərinə görə, sərhəd “Google” xəritə proqramına əsasən dəqiqləşdirilib. Nəticədə, evi Ermənistan tərəfdə qalan Styopa Movsisyan ad-soyadlı çobanın tövləsi sərhəddə yerləşdiyi üçün iki yerə ayrılıb, tövlənin yarısı Azərbaycan tərəfinə keçib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar