“Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. “Oradan Şuşaya məsafə də …
Read More »Prezident: “Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm”
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”. Boyukmilletcom-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. “Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim …
Read More »Prezident İlham Əliyev Anar Kərimovu videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib. – Mən sizi mədəniyyət naziri vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışırsınız və ümid edirəm ki, nazir kimi bu yüksək etimadı doğruldacaqsınız. Azərbaycanın zəngin və təkrarolunmaz …
Read More »Yığmalarımız Türkiyə milliləri ilə birgə təlim-məşq toplanışı keçəcək
Azərbaycanın güləş yığmaları qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib.Federasiyadan verilən məlumata görə, sərbəst güləş üzrə milli baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda toplanışa başlayıb. Yanvarın 4-dən etibarən komanda gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək.Digər millilər isə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb. Qadınlardan ibarət …
Read More »Türkiyədə 9 təyyarə “su qiymətinə” satışa çıxarılıb
Türkiyənin İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanında saxlanılan, müflis olmuş aviaşirkətlərə məxsus və istismar dövrü başa çatmış 9 təyyarə açıq hərrac yolu satışa çıxarılıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, təyyarələrə ilkin olaraq 3,7 milyon lirə (416 min ABŞ dolları) qiymət qoyulub. Hərrac yanvarın 14-ü saat 14:30-da Dövlət Hava Limanları İdarəsində keçiriləcək.
Read More »Prezidentdən mədəniyyət naziri vəzifəsinə təyinat
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib. Qeyd edək ki, A.Kərimov ötən il iyulun 20-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. Dövlət başçısının digər …
Read More »Dövlət Komissiyası: Ermənilər 1992-93-cü illərdə 872 nəfəri əsir və girov götürüb
“Bizdə olan məlumata görə, ermənilər tərəfindən 1992-93-cü illərdə 872 nəfər əsir və girov götürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. “Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyatı qurumlarına müraciət edilib. Ancaq onlar bunu təsdiq etməyiblər”, – o bildirib.
Read More »Füzuli-Şuşa avtomobil yolu ilə hərəkət qısa müddətdə təmin olunacaq
Noyabrın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və I xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra icrasına başlanılan layihə uğurla davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir …
Read More »Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə dair faktlar açıqlanır
Vətən müharibəsi dövründə ermənilərin əsir götürdüyü azərbaycanlı əsgərlər mətbuat konfransı keçirir. Boyukmillet.com-un xəbərinə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş tutan tədbirdə ermənilərin Azərbaycan hərbçilərinə verdikləri işgəncələrə, məruz qaldıqları qeyri-insani davranışa dair faktlar açıqlanır. Qeyd edək ki, ötən ilin dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilən …
Read More »Ermənistan XİN-in başçısı Qarabağa gələcək
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yanvarın 5-də Qarabağa Azərbaycanın nəzarətində olmayan hissəsinə gələcək. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb. Onun erməni icmasının rəhbərliyi ilə görüşü də planlaşdırılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar