Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3 858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.
Read More »Qubadlı rayonunun Xocahan kəndindən videogörüntülər
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Qubadlı rayonunun Xocahan kəndinin videogörüntülərini yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb
“İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər”. Boyukmillet.com-un xəbərinə görə, ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə özünün “Facebook” hesabında məlumat verib. Nazir qeyd edib ki, stansiyada rəqəmli TV yayım avadanlığı, …
Read More »Dilqəm Əsgərovdan dəhşətli işgəncə etirafları: Şprisə spirt doldururdular, sonra…
Altı il yarım erməni hərbçilərinin girovluğunda olan Dilqəm Əsgərov həbsxana yoldaşı Şahbaz Quliyevlə birgə Heydər Əliyevin məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, ziyarətdən sonra azadlıqda ilk müsahibəsini verən Dilqəm Əsgərov şahidi olduqlarını oxucularımızla bölüşüb. Vətən müharibəsi zamanı ermənilərin necə çaşqın vəziyyətə düşdüklərini dilə gətirib. – Dilqəm bəy, Azərbaycan Ordusunun sülhə məcbur etmə əməliyyatından nə zaman xəbər tutdunuz? – Elə …
Read More »Çinin “Sinovac” peyvəndi nə qədər effektivdir?
“Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin birində insanları xilas edə biləcəyi ilə bağlı müsahibələrimdə bildirmişdim. Bu peyvənd üzərində tədqiqatlar aparılıb, uğurla sınaqdan keçirilib və müxtəlif ölkələrdə tətbiqinə başlanılıb. Bu gün “Sinovac”ın effektivliyi barədə elmi ədəbiyyata son tədqiqatlar daxil edilməsə də, media vasitəsilə onun qoruyuculuq …
Read More »Füzulidə mülki şəxs minaya düşdü, hər iki ayağını itirdi
01 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi …
Read More »Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlanıb
Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib. “Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, – U.Tadevosyan vurğulayıb. O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb: “Hadrutda axtarış işlərinin bərpa …
Read More »BMT Baş Assambleyası 2021-ci ilin büdcəsini təsdiqləyib
BMT Baş Assambleyası dekabrın 31-də keçirilən iclasda 2021-ci il üçün ümumi həcmi 3,21 milyard ABŞ dolları olan büdcəni qəbul edib. Əsas maliyyə sənədini 168 dövlət dəstəkləyib, yalnız ABŞ və İsrail əleyhinə çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS BMT-nin mətbuat xidmətinə istinadən məlumat yayıb. Təsdiqlənmiş büdcə son 50 ildə ikinci ən böyük büdcə oldu, bu da “BMT-nin qapılarını açıq saxlamağa, …
Read More »Türkiyə MN: PKK/YPG-nin 3 terrorçusu məhv edilib
Türkiyə Silahlı Qüvvələri “Barış pınarı” zonasına keçməyə cəhd edən PKK/YPG terror qruplaşmasının 3 silahlısını məhv edib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin və müxalif Suriya Milli Ordusunun Suriyanın şimalında birtərəfli muxtariyyət elan edən “Suriya Demokratik Qüvvələri”nə qarşı başladılan hərbi əməliyyatdır. “Suriya Demokratik Qüvvələri”nin əsasını YPG terrorçuları təşkil edir.
Read More »Ermənistanda əhali qazpulunu verməkdə çətinlik çəkir
Ermənistanda əhalinin qaza görə ödəniş edə bilməməsi “Qazprom”u narahat edib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya”nın baş direktoru Qrant Tadevosyan danışıb. “Hələlik şirkət üçün ciddi maliyyə problemi yaratmasa da, noyabrda abunəçilər arasında qaza görə ödəməmə halları artıb. Hökumətlə ödəmələrin bərpa edilməsi üzərində işləyirik. Sadəcə, indi konkret addımlardan çəkinirik – fikrimcə, başa düşürsünüz niyə”, – “Qazprom”un Ermənistan üzrə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar