Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İraqın şimalında PKK terrorçuları zərərsizləşdirildi

Türkiyə Ordusu İraqın şimalında PKK terror qruplaşmasının bir neçə silahlısını zərərsizləşdirib. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Milli Müdafiə Nazirliyinin məlumatına görə, PKK terrorçularının mövqeləri kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilib. Qara bölgəsində keçirilən hava əməliyyatı nəticəsində qruplaşmanın 4 terrorçusu məhv edilib. Nazirlik PKK-ya qarşı antiterror əməliyyatının effektiv və qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Read More »

QƏRBİ AZƏRBAYCANLILARIN 1988-Cİ İL DEPORTASIYASININ ANIM GÜNÜ KEÇİRİLDİ

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının 5 dekabr Anım Günü münasibətilə onlayn konfrans keçirmişdir. Konfransı açıq elan edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Azərbaycan üçün tarixi günlərdə keçirildiyini bildirərək iştirakçıları Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun düşmən üzərində tam qələbəsi və 30 ilə …

Read More »

Kərbəlayi İsmayıl Çimənin məzarına Qarabağdan aparılan torpaq tökülüb.

Erməni təcavüzünə qarşı böyük mücadilə vermiş Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Kərbəlayi İsmayıl Çimənin məzarına Qarabağdan aparılan torpaq tökülüb. Qeyd edək ki, Türkiyənin Iğdır şəhərinin Daşburun qəsəbəsində Kərbəlayi İsmayıl Çimənin məzarını Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev , İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli və ASİMDƏR başqanı Göksəl Gülbəy ziyarət ediblər. Onlar İsmayıl Çimənin məzarına azad …

Read More »

Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. “Biz çərşənbə axşamı – 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq”, – deyə “Daşnaksutyun”un rəsmisi İşxan …

Read More »

Sarqsyan Paşinyanı təhqir etdi: “Sən alnına satqın yazılan qorxaq rəhbərsən

“Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”. Boyukmillet.com  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan baş nazir Nikol Paşinyana cavabında bildirib. O, N.Paşinyanı Azərbaycan qarşısında məğlub olmaqda qınayaraq onu vətən xaini adlandırıb. Qeyd edək ki, dekabrın 5-də Nikol Paşinyan müxalifətin ona qarşı irəli sürdüyü ittihamlara canlı yayımda cavab verib. O bildirib ki, …

Read More »

Vətən müharibəsində qələbəyə həsr olunan parada hazırlıq məşqləri keçirilir

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda həmçinin …

Read More »

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. “Tərəflər Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatın müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq …

Read More »

Naxçıvanda Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində də Vətən müharibəsində şəhid olan igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, saat 12:00-da piyadaların, avtomobillərin və qatarların hərəkəti dayandırılıb.Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi …

Read More »

Azərbaycan Ermənistana elə bir dərs verdi ki… – AÇIQLAMA

“Biz bilirdik ki, müharibə itkisiz olmayacaq. Amma bizim şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük müharibədə biz 30 ilə yaxın gözlədiyimiz qələbəni qazandıq. Azərbaycan xalqı qürurla deyə biləcək ki, bütün şəhidlərimizin ruhu şad olacaq. Ona görə ki, biz qalibik. Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Biz şəhidlərimizi daim anacağıq, yaralılarımızın qayğısına qalıb, onlara qarşş diqqətli davranacağıq. Vətən uğrundan keçilən bu şərəfli günləri …

Read More »

Moskvada koronavirusdan peyvəndləməyə START VERİLDİ

Moskvada şəhər polikliniklarının tərkibində koronavirusdan peyvəndləmə mərkəzləri fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər veir ki, ölkə üzrə hələlik 70 mərkəz açılıb. İlin sonunadək peyvəndləmə mərkəzlərinin 170-ə çatdırılması planlaşdırılır. Peyvənd əldə etmək üçün iki həftə əvvəldən müraciət etmək mümkündür. Qeyd olunur ki, ilkin mərhələdə risk qrupuna daxil olan şəxslər, tədris və səhiyyə işçiləri peyvəndlənəcək.

Read More »