Bu gün Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənədinin imzalanması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti və monitorinqi ilə əlaqədar razılaşma sazişinin imzalanması gözlənilir.
Read More »Yerevanda kütləvi etiraz aksiyası başlayıb
Ermənistanın paytaxtı Yerevanda minlərlə insan küçələrə çıxıb. Boyukmillet.com xəbər verir ki, paytaxt sakinləri Baş nazir Nikol Paşinyana etiraz olaraq aksiyaya başlayıblar.
Read More »Putin əməliyyatların dayandırıldığını elan etdi
Qarabağda 10 noyabr saat 00:00-dan (Moskva vaxtı) hərbi əməliyyatlar dayandırılır. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Read More »Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb?
Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad olunduğunu göstərən video yayıb. Həmin videoda Şuşa şəhərində bir dövlət binasında Azərbaycan bayrağının dalğalandığı görünür. Bəs həmin dövlət binası hansıdır? Əldə etdiyi məlumata görə, həmin bina Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasıdır. Qeyd edək ki, 2014-cü ilin avqustunda çəkilən aşağıdakı şəkildə həmin binanın üzərində erməni bayrağı ucaldılırdı. İndi isə Azərbaycanın üçrəngli bayrağı…
Read More »Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atdığını bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə o özünün “facebook”dakı səhifəsində yazıb. “Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim. Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün …
Read More »“Xalqımız Şuşa zəfəri ilə yenidən doğuldu, yeni doğuluşu ilə də bütün dünyaya öz bütövlüyünü, birliyini, iradə və əzmini nümayiş etdirdi.
Samir Adıgözəlli: “Müasir Azərbaycan tarixində müxalifətli, iqtidarlı, uşaqlı-böyüklü hamı bir araya gəldi, hamı Şuşa naminə birləşdi, bir milli birlik, həmrəylik mənzərəsi yarandı” Şuşanın işğaldan azad ediləcəyi günü xalq olaraq 28 ildir ki, böyük həsrətlə gözlədik. Nəhayət ki, həsrətin ömrü başa çatdı, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdı. Şuşanın işğaldan azad edilməsi müjdəsi bütün xalqımızı birləşdirdi …
Read More »Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib. Bu barədə Boyukmillet.com Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumat görə, noyabrın 9-da saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan üzrə ərazisində Rusiya Federasiyasının Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər …
Read More »Prezident: Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib
Azərbaycan Prezidenti İlham Əliyev tvitterdə daha bir neçə kəndin işğaldan azad edildiyini bildirib. “Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), …
Read More »Sabir Rüstəmxanlı: “Laçın yolunun bağlanması müharibənin taleyini dəyişəcək” – Müsahibə
Boyukmillet.com Milli Məclisin deputatı, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir: – Sabir bəy, Azərbaycan Ordusu Şuşa daxil olmaqla bir sıra rayon və şəhərlərimizi işğaldan azad edib. Hazırda cəbhədə durumu və Ordumuzun mövqelərini necə qiymətləndirirsiniz? – Azərbaycan Ordusunun müharibə apardığı ərazinin coğrafi mövqeyi və relyefini nəzərə alsaq, çox qısa müddətdə Ermənistan ordusunun müqavimətini qırıb, nizami ordunu pərən-pərən salıb. …
Read More »Naxçıvan DTX Ermənistana aid yeni faktlar açıqlayıb
Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təqdim etdiyi yeni fakt və siyahılarda “Suriyadan Ermənistana köçürülən ermənilər” və “Suriyada terror təşkilatı tərkibində döyüşən ermənilər”in adları var. “Suriyadan Ermənistana köçürülən ermənilər” 5472 nəfərdən ibarətdir. “Suriyada terror təşkilatı tərkibində döyüşən ermənilər” isə 417 nəfərdir. “Suriyadan Ermənistana köçürülən ermənilər” və “Suriyada terror təşkilatı tərkibində döyüşən ermənilər”in adları ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar