Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan Arutunyanı axtarışa verdi

Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. Bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: “Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib”. Baş prokuror deyib ki, Araik Arutunyan, “müdafiə naziri” Cəlal Aratunyan və digərləri barədə müxtəlif maddələr üzrə …

Read More »

“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” – Kamran Əliyev

“Ermənilər əsir düşmüş Azərbaycan hərbçilərini başından güllələyiblər”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, Hərbi prokurorluq tərəfindən aparılan istintaqla muzdluların Ermənistan tərəfindən iştirak etməsi sübut olunub: “Bizdə erməni muzdlularına aid cəsədlər var. 30 cəsədi Ermənistana verdik, amma onlar bizə cəsəd vermədi. Bizdə olan erməni cəsədlərinin bəzilərinin yaşı hərbçiyə uyğun deyil. …

Read More »

Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını təsdiqlədi

Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşları ölkənin Sisian rayonu ərazisində hərbçinin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobildə silah-sursat aşkar ediblər. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də, silah-sursatın “avtomobilinə atıldığını” bildirib. Hazırda araşdırma aparılır. Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, son zamanlar Qarabağdan Ermənistana qanunsuz …

Read More »

Son sutkada 10 nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 10 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 460 nəfərdir. Ötən müddət ərzində 1 milyon 341 min 466 test aparılıb. Bugünkü test …

Read More »

Daha 9 kənd işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Boyukmillet.com-un xəbərinə görə, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb.

Read More »

Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə Cenevrədə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü Anna Nağdalyan feysbuk səhifəsində bildirib. Bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya, Fransa nümayəndələrinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bu günə təyin olunmuş görüşləri ərəfəsində dünən Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair fikir mübadiləsi aparılıb.

Read More »

Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailə həlak olub. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, 4 uşaq hər iki valideynini itirib.

Read More »

Karantin rejiminin tələblərini pozan ictimai iaşə obyektləri aşkarlandı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda deyilib. Bildirilib ki, AQTA əməkdaşları tərəfindən 29 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) …

Read More »

Ermənistanın dinc əhaliyə qarşı törətdikləri ilə bağlı 52 cinayət işi başlanıb

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı 52 cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev brifinqdə deyib. Bu cinayət işlərindən 39-u dinc əhaliyə hücumlar, 5 cinayət işi muzdluların döyüşməsi, 1 cinayət işi vurulmuş zərərlə bağlıdır. “Həmçinin DTX və Hərbi Prokurorluqda da əlavə cinayət işıəri başlanılıb”.

Read More »

Bakıda səfirlik avtomobilindən özbaşınalıq

Bakıda Bolqarıstan səfirliyinə məxsus avtomobil dəfələrlə qayda pozuntusuna yol verib. Boyukmillet.com xəbər verir ki, qısa müddət ərzində bir neçə dəfə təhlükəli manevr edərək, yol-hərəkəti qaydalarını pozan 031 D 001 seriyalı qırmızı dövlət nömrə nişanlı diplomatik korpusa məxsus avtomobil təhlükəli vəziyyətlərə səbəb olub. Görüntülərdən də aydın olduğu kimi, avtomobil işıqforun qadağanedici qırmızı işığında hərəkət edir, daha sonra isə hərəkətin qadağan olunduğu yola əks istiqamətlə …

Read More »