Bazar , 5 Aprel 2026

autor

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq təklifi qəribə görünür. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva regionda nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır.“Bilirsiniz, bunlar qəribə açıqlamalardır… Rusiya bütün regional nəqliyyat və iqtisadi əlaqələrin açılmasını ardıcıl olaraq müdafiə edib. Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu …

Read More »

Britaniya XİN-dən Trampa ETİRAZ

Mərkəzi Hind okeanındakı Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi Dieqo Qarsiyadakı hərbi bazanın qorunması üçün yeganə mümkün seçimdir. Boyukmillet.com xəbər verir ki, bu, Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb. Nazirlik açıqlamanı ABŞ prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq yayıb. “Sky News” Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən bildirib ki, “Dieqo Qarsiyadakı birgə Böyük Britaniya-ABŞ hərbi bazasına sahib olmaq barədə razılaşma Böyük Britaniyanın …

Read More »

Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilmişdir. Bu barədə  Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzində …

Read More »

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar. Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə …

Read More »

Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na qoşulur

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın ratifikasiyası ilə bağlı qanun layihəsi müzakirə olunub. Məlumata görə, Azərbaycan Konvensiyaya xüsusi bəyanatla qoşulacaq. Bildirilib ki, Ermənistanla münasibətlər normallaşanadək Konvensiyanın müddəaları Ermənistanla münasibətlərə şamil edilməyəcək. Qanun layihəsinin yaxın günlərdə parlamentin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir. 2024-cü ildən etibarən Azərbaycan Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan …

Read More »

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alıb. Rəsmi məlumatda bildirilir ki, hadisə Çobanov xidməti vəzifəsini yerinə yetirərkən baş verib. O, piyada əleyhinə minaya düşüb və sol əlindən, eləcə də üz nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkən rayon mərkəzi xəstəxanasına təxliyə olunub, vəziyyətinin qənaətbəxş olduğu və həyati təhlükəsinin olmadığı bildirilir. Hadisə …

Read More »

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. Türkiyədən sonra 2026-cı ilin 15 fevralında SOCAR bu istiqamətdə növbəti investisiyasını Serbiyada həyata keçirmək barədə razılığa gəlib. Sənəd fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada səfəri zamanı imzalanıb. Razılaşmaya əsasən, Dövlət Neft Şirkəti Serbiyada tikilməsi planlaşdırılan istilik-elektrik stansiyasında 50 faiz paya sahib olacaq. Serbiyada imzalanan …

Read More »

Ərdoğandan İRAN xəbərdarlığı: “Bütün region uduzacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrana qarşı yönəlmiş hər hansı yeni hərbi kampaniya regionda onillərlə davam edəcək qeyri-sabitliyə yol açacaq.Boyukmillet.com xəbər verir ki, o, rəsmi Ankaranın bu mövqeyi bütün müvafiq tərəflərə (xüsusilə ABŞ və İsrailə) çatdırdığını vurğulayıb. Ərdoğanın bəyanatındakı əsas tezislər:“Qalibi olmayacaq”: Ərdoğan qeyd edib ki, hərbi müdaxilə heç bir tərəfə xeyir gətirməyəcək. Bu prosesdən tək uduzan tərəf …

Read More »

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Boyukmillet.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq. Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq. Tarif Şurasının gündəliyində olan yeni təklifə

Read More »

Bakı “hakimi”ndən məmurlara XƏBƏRDARLIQ – Dəyişən NƏ olacaq?

Fevralın 17-də Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. İclasda çıxış edən BŞİH rəhbəri Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar. Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər …

Read More »