Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Beynəlxalq dəstəksiz qalan Ermənistanın yeganə ümidi nasistlərdir

Alman Bundestaqında təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü – Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər. Azərbaycanın öz torpaqlarını işğaldan azadetmə və düşməni sülhə məcburetmə əməliyyatları keçirdiyi bir dövrdə işğal edilmiş ərazilərimizə səfər etmək beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə zidd olmaqla yanaşı, təcavüzkara qarşı rəğbətin nəticəsidir. …

Read More »

Azərbaycanlı gənclər Nyu-Yorkda etiraz aksiyası keçiriblər

ABŞ-ın Nyu-York şəhərində bir qrup azərbaycanlı gənc ağız və gözlərini bağlayaraq beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanda mülkü əhaliyə qarşı törətdiyi qanlı cinayəti gözməzdən gəlməsini, qərb mətbuatının yaşananlara susmasına etirazlarını bildiriblər. “Report”un xüsusi müxbiri xəbər verir ki, aksiya iştirakçıları ABŞ mətbuatını Azərbaycana dəstəyə səsləyib, beynəlxalq təşkilatları bu işğala və hücumlara qarşı ölkəmizlə həmrəy olmağa çağırıblar. Azərbaycan-Nyu York Assosiasiyasının prezidenti Ərcan Yerdələnli “Report”a bildirib ki, …

Read More »

Naxçıvan Bölməsində Azərbaycanın dövlət müstəqilliyi günü qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi konfrans keçirilib. 18 Oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqil Azərbaycan dövlətinin bərpası, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Akademik bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” 1991-ci il oktyabrın …

Read More »

MN: Göygöldə mövqelərimiz atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Read More »

Suqovuşanla bağlı tender elanı verilib

Suqovuşandan Tərtər çayına buraxılan sudan səmərəli istifadə məqsədilə kanalların yenidən qurulması barədə tender elanı verilib. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı əks hücumlar nəticəsində bir çox ərazilərimizin, o cümlədən Tərtər rayonu Suqovuşan kəndinin işğaldan …

Read More »

Baş Prokurorluq məlumat yayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilmişdir. Bu kimi qanunsuz halların qarşısının alınması …

Read More »

Ərdoğan Azərbaycanı təbrik edib

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr – Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr – Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam …

Read More »

Mehriban Əliyeva: “Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib. Boyukmillet.com-un xəbərinə görə, paylaşımda deyilir: “Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə …

Read More »

Türkiyə ordusu Suriyada PKK/YPG terrorçularını məhv edib

Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın şimalında YPG/PKK-nın azı üç terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir. Məlumata görə, silahlılar Türkiyəsinin Silahlı Qüvvələrinin “Barış pınarı” antiterror əməliyyatının keçirilməsi zonasında atəş açıblar. Türkiyə ordusu cavab atəşi ilə terrorçuları zərərsizləşdirib.

Read More »