“Ermənistanın planları tam başqa idi. Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib. “Ancaq onlar yanıldılar. Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman olacaq və mən haqlı idim”, – …
Read More »Tərtərdə daha 8 nəfər yaralandı, 2-si vəzifəli şəxsdir
Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 14.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən …
Read More »Hikmət Hacıyev: “Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir”
“Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin” “Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir: “Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri …
Read More »Ermənistan jurnalistləri atəşə tutdu, xəsarət alan var
AZTV-nin cəbhə bölgəsində olan çəkiliş qrupu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Boyukmillet.com xəbər verir ki, telekanalın çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına mərmilər atılıb. Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov yaralanıb. Sürücünün həyati təhlüəksi yoxdur. Mərmi partlaması nəticəsində avtomobilə də ziyan dəyib.
Read More »Düşmənin hücumunun qarşısı alınıb, canlı qüvvəsi və texnikası məhv edilib
Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd …
Read More »Fransanın XİN rəhbəri ermənipərəst rəsmilərin təkliflərini rədd etdi
Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian (Jean-Yves Le Drian) ölkənin bir sıra deputat və merlərinin Dağlıq Qarabağ münaqişəsi məsələsində ermənilərin tərəfinə keçmələri çağırışlarını rədd edib. Məlumata görə, nazir Fransanın Milli Assambleyasında deputatlar qarşısında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi statusu ilə əlaqəli olaraq, ölkənin bu məsələdə neytral mövqeyini saxlayacağını vurğulayıb. “1994-cü ildə ATƏT-in Rusiya, ABŞ və bizə həvalə …
Read More »Hikmət Hacıyev: “Ermənistanın ballistik raketi məhv edilib, xeyli insanın həyatı xilas olunub”
“Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alındı”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb. “Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas olunub”, – deyə Azərbaycan …
Read More »Prezidentin köməkçisi: “Türkiyə münaqişənin həllində vacib rolunu təsdiqlədi”
“Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığına şadam. ATƏT-in və Minsk Qrupunun üzvü və bölgənin lider ölkəsi olaraq Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqlədi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
Read More »MN: Azərbaycanın mülki əhalisini hədəfə almış hərbi hədəf zərərsizləşdirilib
Bu gün saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir-neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Qeyd edilir ki, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib:“Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti …
Read More »Ərdoğanın sözçüsü: “Dağlıq Qarabağla bağlı başqa mexanizmləri işə salaq”
“Qarabağ Azərbaycan torpağıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün apardığı mübarizə barədə sualı cavablandıran İbrahim Kalın beynəlxalq miqyasda da işğala son qoyulmasının ciddi şəkildə gündəmə gəlmədiyi təqdirdə bu problemi həll etməyin mümkün olmadığını söyləyib. İbrahim Kalın qeyd edib ki, bir milyon nəfərə yaxın azərbaycanlı ata-baba yurdundan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar