Çərşənbə axşamı , 7 Aprel 2026

autor

MN Ermənistan raketinin göydə vurulması ilə bağlı açıqlama yaydı

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın atdığı raketin göydə zərərsizləşdirilməsi ilə rəsmi açıqlama yayıb. Boyukmillet.com-un xəbərinə görə, açıqlamada deyilir: “Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib”.

Read More »

Danışıqlar başlayır – döyüşlər gündəlikdədir

Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə bağlı apardığı döyüşlərin növbəti, danışıqlar mərhələsi başlayır. Bu, həm də Ermənistan hakimiyyətinin bu döyüşləri uduzmasıdır. Atəşkəslə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan, prezidenti Armen Sarkisyanın beynəlxalq ictimaiyyət qarşısında çoxsaylı xahiş-minnət edir, yalvarır. Azərbaycan hakimiyyətinə isə beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çoxsaylı müraciətləri olub. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində həm atəşkəs, həm şərtlər açıqlanıb: …

Read More »

Bakıda tramvayların bərpasının yolları açıqlandı

Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib. Məlumatda vurğulanır: “Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər”. Xatırladaq ki, Bakıda tramvayların bərpası “Yol hərəkətinin təhlükəsizliyinə …

Read More »

Qarabağ döyüşləri davam edir – Paşinyan Azərbaycan Prezidentinə təslim oldu

Sentyabrın 27-dən başlayaraq cəbhə boyu gedən döyüşlərdə Azərbaycan Ordusu həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Azərbaycanın hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə …

Read More »

Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib

Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.  Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

Read More »

Neçə canlar fəda uğruna Azərbaycan!

Uğrunda canlar fəda olan Azərbaycanımızda son günlərin baş verən hadisələri bu torpağı daha da müqəddəsləşdirdi, bu xalqı daha da yenilməz etdi… Son günlərdə damarlarında axan qeyrətli türk qanı coşur, tüğyan edir xalqımızın! Bu xalq hazırdır ən son damla qanınadək göz bəbəyi qədər əziz olan Vətən torpağının mənfur tapdağında olan hər qarışını özünə qaytara…canı, qanı bahasına olsa belə… Bu gün yaşadığımız …

Read More »

Azərbaycanda daha 215 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Read More »

28 ildən sonra Suqovuşandan Tərtər çayına buraxılan su

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Nəticədə 28 ildən sonra su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin edilib. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Eyni zamanda Suqovuşan su anbarından suyun verilməsi Tərtər çayının da suyunun həcminin artmasına səbəb …

Read More »

Azərbaycan beynəlxalq təşkilatların biyabırçılığının qarşısını alacaqdır

Böyük siyasi gücə və iradəyə malik müzəffər Ordumuzun əks hücüm əməliyyatları uğurla davam etməkdədir. Son əməliyyatlar nəticəsində Füzuli və Cəbrayıl şəhərlərində, eyni zamanda onların işğaldan azad olunmuş bir sıra kəndlərində Azərbaycan bayrağı ucaldılmışdır. Ermənistan nəinki hərb cəbhəsində, həmçinin siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır.Qazanılan qələbələr təkcə silahın gücü deyil, Prezidentin, Millətin Liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun …

Read More »