Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib. Nazir Ceyhun Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib …
Read More »Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən
Bu gün Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub. Boyukmillet.com cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı hadisə yerindən reportaj hazırlayıb. Qeyd edək ki, raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri – 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı …
Read More »İlham Əliyev: “Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir”
“Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır”. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” …
Read More »Ermənilərin Ağdam və Goranboyu atəşi tutması nəticəsində 2 nəfər həlak olub, 5-i yaralanıb
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluqdan verilən məlumatagörə, İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü …
Read More »Azərbaycan Prezidenti: “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur”
“Bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlb etməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsində bu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində”. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT …
Read More »MN: Düşmən Gəncə şəhərini növbəti dəfə atəşə tutur
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »Naxçıvanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yaydı
Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir. Bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə çaşqınlıq yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin …
Read More »AZAL: Ermənistanın hücumları mülki hava gəmilərinə ciddi təhlükə yaradır.
Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq …
Read More »Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək
“Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Bu barədə parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Layihəni Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərib. Qanun layihəsi Milli Məclisin sabah – oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, parlamentin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib.
Read More »Gəncədə mərmilərin düşdüyü ərazilərdən ən son görüntülər
Cəbhə xəttindəki Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən erməni əsgərləri silah-sursat, hərbi texnika və maşınlarını döyüş meydanında qoyaraq qaçır. Döyüş meydanında uduzduğunu anlayan erməni hərbçiləri mülki əhalini hədəf alıb. Boyukmillet.com xəbər verir ki, səhər saatlarında Ermənistan hərbçiləri Gəncə şəhərinə bir neçə mərmi atıb. Gəncədə mərmilərin düşdüyü ərazilərin ən son görüntülərini təqdim edirik.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar