Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıb. “Report”un yerli bürosu xəbər verir ki, aksiya Heydər Əliyev adına parkda keçirilir. Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar. Onlar hərbi vətənpərvərlik musiqi və mahnıların sədaları altında Azərbaycan dövləti və ordusuna, əsgərinə dəstək və “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son!”, “Səninləyik Azərbaycan” şüarları səsləndirirlər. Təşkilatçılar bildiriblər ki, Gürüstan azərbaycanlıları Azərbaycanı haqq işində dəstəkləyirlər. Onların sözlərinə …
Read More »Türkiyədəki azərbaycanlılar könüllü şəkildə ordu sıralarına yazılır
Türkiyədə yaşayan azərbaycanlı gənclər Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edərək könüllü şəkildə ordu sıralarına yazılırlar. Boyukmillet.com-un məlumatına görə, sentyabrın 28-də səhər saatlarından etibarən diplomatik korpusun qarşısına toplaşan və Türkiyənin müxtəlif şəhərlərindən gələn onlarla həmvətənimiz konsulluqda müvafiq qaydada qeydiyyatdan keçiblər. Azərbaycan Ordusuna dəstək vermək üçün diplomatik korpusuna gələnlər arasında türkiyəli gənclər də olub. Baş Konsulluqdan verilən məlumata görə, həm telefonla zəng edən, həm də diplomatik korpusa gələrək …
Read More »Zod-Kəlbəcər yolu bağlandı – Ermənilər təlaş içində
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir. Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız – Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb, buna görə də Kəlbəcərə gedən yolu bağlayıblar. Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək …
Read More »Azərbaycan MN: Düşmənin daha iki tankı məhv edilib
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür. Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv …
Read More »Saakaşvili: “Qarabağ Azərbaycandır və bu dəyişməzdir”
“Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili öz “Facebook” səhifəsində yazıb. “Əlbəttə, bölgədə çıxarılan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülhdə yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, – M.Saakaşvili vurğulayıb.
Read More »MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib
Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib: “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub …
Read More »Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş vermişdir. Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan …
Read More »General: “Döyüşə getmək istəyən böyük sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib”
“Son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirlər”. boyukmillet.com xəbər verir ki, bunu Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib. Onun fikrincə, bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcəklər.
Read More »Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlandı
“Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib. Onun sözlərinə görə, sərəncamda SHXÇD-ə tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin: …
Read More »Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təhsil Nazirliyindən verilən məlumata görə, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. Bildirilib ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar