Bakıda polis postlarının sayı artırılacaq. Boyukmillet.com “Xəzər TV”yə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis əməkdaşları həftənin birinci günündən etibarən paytaxtın bütün ərazilərində mobil postların sayını artırmağı planlaşdırırlar. Daha ətraflı videoreportajı təqdim edirik:
Read More »Polad Həşimovdan film çəkən rejissor: “Mənə qarşı çox təzyiqlər oldu”
Məlum olduğu kimi, şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə bədii film çəkiləcək. Filmin redaktoru, kinoşünas Aydın Kazımzadə bildirib ki, film real hadisələrə əsaslanacaq. Bəs filmdə daha nələri görə biləcəyik? Boyukmillet.com bildirir ki, “Yeni Müsavat” bu və digər suallara cavab tapmaq üçün bu dəfə filmin ssenaristi və rejissoru Cəlaləddin Qasımovla söhbətləşib.Qeyd edək ki, Cəlaləddin Qasımov Qarabağ, Azərbaycan həqiqətləri haqda ”Şollerin arxivi” adlı …
Read More »Kənd Təsərüfatı Nazirliyində yeni təyinat olub
Kənd Təsərüfatı naziri İnam Kərimova yeni müavin təyin edilib. Boyukmillet.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub. Digər sərəncamla nazir müavini İlham Quliyev vəzifəsindən azad edilib.
Read More »Azərbaycan nefti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,47 ABŞ dolları, yaxud 1,07% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …
Read More »Neft bazarı yenə təhlükə qarşısında: qiymətlər gələn il də artmaya bilər
Neft bazarı martdan özünə gələ bilmir. Bir tərəfdən qlobal səhiyyə böhranı, digər yandan OPEK üzvləri arasındakı fikir ayrılığı qiymətlərə çox təsir göstərib. Bu müddət ərzində “Brent”in bareli 45 həddini çətinliklə keçib. Amma iyulun 31-də gün ərzində baş verənlər nikbinliyə əsas vermir. Boyukmillet.com xəbər verir ki, neft bazarı yenə təhlükə qarşısındadır. Yanacaq dəyər itirməyə başlayıb. Gün ərzində “Brent”in barelinin hətta 42 …
Read More »Bakıda iki yeniyetmə qızı avtomobil vurdu
Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə paytaxtın mərkəzində, Dilarə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsi 2004-cü il təvəllüdlü Əliyeva Türkan və 2005-ci il təvəllüdlü Pəsiyeva Xədicəni vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Ə. Türkana bazunun sınığı, P. Xədicəyə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Read More »Ombudsman onlayn görüşdə iştirak edib
İyulun 31-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) “Ayrı-seçkiliklə mübarizə üzrə vətəndaş cəmiyyəti institutları və ümumilikdə ombudsman institutları və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığa dair müsbət təcrübələr” mövzusunda birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib. Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəhs olunan tədbir hər iki beynəlxalq qurumun “Şərq Tərəfdaşlığı …
Read More »Bakıda 16 yaşlı qız 3-cü mərtəbədən yıxıldı
Bakıda bədbəxt hadisə baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nizami rayonun ərazisində yerləşən Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Belə ki, 2004-ci il təvəllüdlü Ağamirova Lalə Rasim qızı həmin küçədə yerləşən 21 saylı yataqxananın 3-cü mərtəbəsindən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı A. Laləyə döş qəfəsinin əziyi və çanağın sınığı diaqnozu qoyulub.
Read More »İctimai nəqliyyat iki gün işləməyəcək
Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyət tətbiq edilib. Boyukmillet.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust …
Read More »“Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb” – Rufiz Qonaqov
“Aydın məsələdir ki, Ermənistandakı son inqilab Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Təsadüfi deyil ki, bu yaxında Soros Ermənistana pandemiya ilə əlaqədər 600 min dollar maliyyə yardımı edib. Əvvəlki hakimiyyətlərə nifrət olduğu kimi, bu gün də Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb. Cənab Prezidentin bildirdiyi kimi, Sorosun əlaltıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri ola bilməz. Onlar bu gün …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar