Bazar ertəsi , 6 Aprel 2026

autor

DTX: Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə şübhəli bilinən sabiq müdafiə naziri Rəhim Qazıyev saxlanılıb

Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutublar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulub. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir …

Read More »

Ermənistanda ara qarışdı: Ermənilər hökumətdən Tovuzda məhv edilən əsgərlərinin meyitlərinin dəqiq siyahısını tələb edirlər – Video

Məlum olduğu kimi, ötən gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar. Boyukmillet.com xəbər verir ki, erməni tərəfi baş verən döyüşlərdə Azərbaycan ordusu tərəfindən öldürülən əsgərlərin dəqiq siyahısını gizlədir. Buna etiraz edən bir qrup erməni hökumətdən meyitlərinin dəqiq siyahısını tələb ediblər.  Erməni əsgərlərinin valideynləri İrəvandakı hospitalın qarşısında etiraz aksiyasına …

Read More »

Türkiyədən Ermənistana sərt xəbərdarlıq: “Ağlınızı başınıza alın, Azərbaycan yalnız deyil…” – Video

“Ermənistanın təcavüzü qəbul edilməzdir. Ermənistan ağlını başına toplasın. Azərbaycan yalnız deyil. Biz Türkiyə Cumhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq.” Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Cavuşoğlu TRT Haber-in canlı yayınında deyib. Erməni silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonuna hücumundan danışan Cavuşoğlu, rəsmi İrəvana xəbərdarlıq edib. “Əlbəttə Azərbaycan ordusu ermənilərin cavabını verdi və bu hücumların qarşısını …

Read More »

Sahibkarlardan icra başçısına açıq məktub: “Sənin kimi birinə heç 10 baş qoyunu etibar etməzdilər”

Xəbər verdiyimiz kimi, Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup sahibkar arasında maliyyə qalmaqalı davam edir. Sumqayıtda Dənizkənarı Bulvarın tikintisini həyata keçirən və 4 ildir pullarını ala bilməyən iş adamları rəsmi qurumlardan kömək istəyirlər. İndiyə qədər müxtəlif dövlət qurumlarına müraciət edən və müsbət cavab ala bilməyən sahibkarlar geri çəkilmək fikrində deyillər. Onlar bildirirlər ki, öz haqlarını alanadək prosesə davam edəcəklər. …

Read More »

Prezident: “Bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”

“Dünən Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir: “Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən …

Read More »

Deputat Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa çağırdı

“Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısını böyük rəşadətlə alıb və ermənilər ciddi itki veriblər. Düşmən bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri oturdulub. Ötən gün cəbhədə baş verənlər Azərbaycan Ordusunun düşməndən üstün və döyüşə hazır olduğunu göstərir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib. Azərbaycanın dörd hərbi qulluqçusunun …

Read More »

Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Xİdmətinin rəsmi feysbuk səhifəsində bildirilib. “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək geri …

Read More »

Baş Nazirin müavini təmas xəttindəki vəziyyətdən yazdı

“Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər”. Boyukmillet.com xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, xalq yeni qəhrəmanlarını tanıdı: “Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad …

Read More »

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək.

Read More »

Baş əsgər də torpağa tapşırıldı

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu Məmmədov Elşad Dönməz oğlu da dəfn olunub. Boyukmillet.com xəbər verir ki, şəhid doğulduğu Tovuzun Ağdam kəndində son mənzilə yola salınıb. Baş əsgər Elşad Məmmədov 1996-cı ildə anadan olmuşdu, 7 aylıq övladı var. Xatırladaq ki, Ermənistan tərəfinin ötən gündən başlayan təxribatı nəticəsində 4 nəfər – çavuş Sadıqov Vüqar …

Read More »