Cümə , 26 Aprel 2024
Drone Cameras

Türkiyədən Ermənistana sərt xəbərdarlıq: “Ağlınızı başınıza alın, Azərbaycan yalnız deyil…” – Video

“Ermənistanın təcavüzü qəbul edilməzdir. Ermənistan ağlını başına toplasın. Azərbaycan yalnız deyil. Biz Türkiyə Cumhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq.”

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Cavuşoğlu TRT Haber-in canlı yayınında deyib. Erməni silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonuna hücumundan danışan Cavuşoğlu, rəsmi İrəvana xəbərdarlıq edib. 

“Əlbəttə Azərbaycan ordusu ermənilərin cavabını verdi və bu hücumların qarşısını aldı. Buradan bunu görürük, Ermənistan işğal etdiyi torpaqlardan diqqəti başqa yerlərə cəkmək istəyir. Ermənistanın etdikləri qəbul edilməzdir. Türkiyə Azərbaycanın torpaqlarını qoruması üçün əlindən gələn hər cür dəstək verəcək. Azərbaycan işğal edilmiş torpaqlar məsələsində hansı qərarı verəcəksə, biz Azərbaycanın yanında olacayıq.” 

Check Also

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar: “Kipr türklərinə qarşı böyük haqsızlıq edilir”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Annan Planı Referendumunun 20-ci ildönümündə Kipr türk xalqına …