Bazar ertəsi , 6 Aprel 2026

autor

“Hərbi and” qəzeti nəşrini davam etdirir” – Baş redaktor

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2020-ci ilin ikinci yarımilliyi üçün qəzetlərə ayırdığı maliyyə yardımından kənardan qalan qəzetlərdən biri də “Hərbi and”dır. Bu sıradan olan bəzi qəzetlər nəşrini dayandırsa da, “Hərbi and” qəzeti isə nəşrini davam etdirir.  Bu barədə Turkustan.info-ya açıqlamasında “Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli bildirib. Baş redaktorun sözlərinə görə qəzet 2000 tirajla dərc olunur və daha …

Read More »

Prezidentdən Cahangir Əsgərovla bağlı – Sərəncam

Prezident İlham Əliyev Cahangir Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilsin”. Qeyd edək ki, C.Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədridir. O, 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Bu gün C.Əsgərovun 70 yaşı tamam …

Read More »

Çimərlik mövzusu qərargahı iki qütbə bölüb: Açılsın, açılmasın?

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar çimərliklərdən istifadə qadağandır. Çimərliklərin açılmaması koronavirus pandemiyası ilə bağlı yoluxma səviyyəsinin hələ də yüksək olması ilə bağlıdır. Ötən ayın 20-dən etibarən çimərlik mövsümünə start verilsə də, ölkənin epidemioloji durumu mövsümün açılmasına imkan vermir. İnsanların isti yay günlərində istirahət və sərinləndikləri məkan çimərlik olsa da, sadə vətəndaşlar bu imkanlardan məhrum qalıb. İmkanı və …

Read More »

Kürdə batan şəxslərdən birinin meyiti tapıldı

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bildirilib ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Read More »

Azərbaycanda dəhşətli qətl – Qardaşoğlu əmisini baltaladı

Ucar sakini küt alətlə öldürülüb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, B. Abbasov qohumları tərəfindən öldürülüb. Faktla bağlı mərhumun …

Read More »

Silahlı Qüvvələrin Baş Klinik hospitalının həkimi də koronavirus yoluxub – Süni tənəffüs apparatına qoşulub

Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayaı yenidən artdı. Boyukmillet.com xəbər verir ki, Silahlı Qüvvələrin Baş Klinik hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərovun da COVİD-19 testi pozitiv çıxıb.Bu barədə onun həmkarları sosial şəbkədə məlumat payalaşıblar.“Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş, qüsursuz xidmət edən tibb xidmət mayoru Teymur Cəfərovun indi özünə kömək lazımdır”.Məlumata görə, həkim artıq bir həftədir ki, süni tənəffüs apparatına …

Read More »

Surət Hüseynov niyə qayıtdı və nə almaq istəyir?

1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı cinayət işi üzrə əvvəldən axıra kimi vəkil kimi iştirak etmişəm və kifayət qədər, bəlkə də iştirakçılar qədər məlumatlıyam. İyunda Gəncədə baş verənlərin bir adı var – QİYAM. Boyukmillet.com xəbər verir ki, bu sözləru tanınmış vəkil Adil İsmayılov qeyd edib. O, bu hadisələrin son günlər Sürət Hüseynovun müsahibələri ilə yenidən gündəmi zəbt etdiyini …

Read More »

“İsmailiyyə” binasının fasadındakı yazı dəyişdirilir

Bakıda “İsmailiyyə” (hazırkı AMEA-nın Rəyasət Heyətinin) binasının fasadında yuxarı hissəsində kirilcə yazılan “Azərbaycan SSR Elmlər Akademiyası” yazısı sökülür. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. Həmin yazının yerində latın qrafikası ilə “Azərbaycan Milli Elmlər Akademiyası” yazılacaq. Qeyd edək ki, binanın əsası Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Musa Nağıyev binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.

Read More »

Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub

Karantin qaydalarını pozaraq Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunublar. Boyukmillet.com xəbər verir ki, koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilov tutulub. O, …

Read More »

Səhiyyə Nazirliyi: Evdə müşahidəyə götürülənlərin hamısı COVID-19 xəstəsi deyil

“Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib. O bildirib ki, nəzarətə götürülənlərin əksəriyyəti, yəni 60-70 faizi şübhəli və ya kontaktda olmuş adamlardır: “Həmin vətəndaşların arasında koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar testin nəticəsi pozitiv çıxanlar da, neqativ çıxanlar da var. Bakıda nəzarət altında olanlar arasında …

Read More »